Sertifikatlaşdırma orqanı sahibkarın fəaliyyətinin həqiqətən də müvafiq ekolo-
ji standarta uyğun olub-olmadığını yoxlamaq məqsədilə təsərrüfata inspeksiya
səfərləri edir.
İnspeksiyanın məqsədi istehsal prosesinin idarəedilməsi sisteminin sistema-
tik, müstəqil şəkildə, obyektiv qiymətləndirilməsi və onun standartın tələblərinə
uyğun gəlməsini müəyyənləşdirməkdir. Nəzarət zamanı bütün ekoloji istehsal
prosesi qiymətləndirilir.
İnspeksiya səfərlərinin müsbət nəticələrinə əsasən sertifikatlaşdırma üçün
ərizə, müqavilə və eləcə də ekoloji idarəetmə planında əvvəlcədən təyin olunduğu
kimi Sertifikatlaşdırma Orqanı sahibkarın məhsullarına ekoloji sertifikat vermək
qərarına gəlir.
Sertifikatlaşdırma orqanı tərəfindən təmin edilən xidmətlər üçün tariflər və