10.3.Ekoloji kənd təsərrüfatına keçid Keçid dövrü – konvensional (adi) istehsaldan ekoloji təsərrüfatçılığa keçmək
üçün lazım olan müddətdir. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ekoloji
nəzarət üzrə akkreditasiya olunmuş orqan ilə istehsalçı arasında müvafiq müqavilə
bağlandıqdan sonra başlanır.
Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün müddəti “Ekoloji təmiz kənd təsərrüfatı” haqqında AR Qanununa uyğun olaraq istehsal vahidləri üzrə
aşağıdakı kimi müəyyən edilir:
• birillik bitkilər üçün - səpindən əvvəl 2 il;
• çoxillik bitkilər və çoxillik əkmələr üçün - məhsul yığımından sonra 3 il;
• yem bitkiləri və otlaqlar üçün - 2 il;
• ətlik məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 1 il;
• südlük məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 12 həftə;
• xırdabuynuzlu gövşəyən heyvanlar və donuzlar üçün - 6 ay;
• yumurta və (və ya) ət istehsalı üçün yetişdirilən 3 günlük quşlar üçün - 10
həftə;
• arı ailələri üçün - 1 il.