250
“Ekoloji təmiz kənd təsərrüfatı” haqqında AR Qanununa uyğun olaraq
ekoloji
nəzarət və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar
dövlət və ya
xüsusi mülkiyyətdə olan hüquqi şəxslərdən ibarət olmaqla müvafiq icra
hakimiyyəti orqanları tərəfindən akkreditasiya olunurlar və ayrı-ayrılıqda fəaliyyət
göstərirlər.
Sertifikatlaşdırma orqanları aşağıdakı tələblərə cavab verməlidirlər:
1. kənd təsərrüfatı və ərzaq məhsullarının, xammalın, torpaq, su, hava,
pestisidlər, bioloji preparatlar
və aqrokimyəvi maddələrin, dərman
vasitələrinin laboratoriya analizi üçün müasir avadanlıqlarla və
ləvazimatlarla təchiz olunmuş laboratoriyalara və peşəkar mütəxəssislərə
malik olmalı;
2. ekoloji təmiz kənd təsərrüfatı istehsalçılarından asılılığı olmamaqla ekoloji
təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması, daşınması,
idxalı, ixracı və satışı ilə məşğul olmamalı.
Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma
qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İnspeksiya
Əgər ekoloji fermer öz məhsulunun sertifikat almasını istəyirsə, ildə heç
olmasa bir dəfə yoxlamadan (inspeksiya) keçməlidir.
İnspektor təsərrüfat fəaliyyətinin mənzərəsini fermerin dediklərinə, göstəri-
cilərə,
sahələrin vəziyyətinə, heyvandarlığa və təsərrüfat quruculuğuna əsasən
qiymətləndirir.
O yoxlayır ki, verilən məlumatlar və nəticələr dəqiq və inandırıcı olsun. Öz
borcunu vicdanla yerinə yetirmək məqsədi ilə inspektor laborator yoxlama
aparmaq üçün nümunələr götürür və sonra müstəqil yoxlamalar aparır.
Bununla
belə verilən faktlara, məlumatlara şübhə olduqda və ya qadağan
olunmuş üsullarla çirklənmə faktları qeyd edildikdə laborator analizlər yoxlamanın
bir forması olaraq aparılır.
Kimyəvi analizlər bu və ya digər nümunədə hansısa maddənin yaxud kimyəvi
gübrələrin və pestisidlərin çöküntülərinin olub-olmamasını təyin etmək üçündür.
Əlavə etmək lazımdır ki, kimyəvi analizlər çox baha
başa gəlir və bunun üçün
xərcləri fermer təsərrüfatı ödəməlidir.
Dostları ilə paylaş: