X FƏSİL. EKOLOJİ TƏMİZ MƏHSUL İSTEHSALININ İNSPEKSİYASI VƏ SERTİFİKATLAŞDIRILMASI
10.1. Eko-məhsulların sertifikatlaşdırılması və onun növləri
10.1.1. Sertifikatlaşdırma nə üçün lazımdır?
İnam yaranma Get-gedə daha çox istehlakçılar ekoloji məhsula maraq göstərirlər, çünki onlar
öz sağlamlıqları barəsində narahat olur, ətraf mühitin qayğısına qalırlar. Onlardan
bəziləri ekoloji məhsul üçün hər hansı yüksək qiyməti ödəməyə hazırdırlar. Digər
tərəfdən daha çox fermerlər ekoloji kənd təsərrüfatına müxtəlif tələblərdən
keçirlər. Bəzi fermerlər öz ekoloji məhsulları üçün yüksək qiymətə ümid edirlər,
çünki gərgin əmək sərf edərək onlar az məhsul əldə edirlər. Ancaq onların məhsulu
daha təmiz və keyfiyyətlidir.
Sərfəli qiymət istehsalçı ilə istehlakçı arasında anlaşma və inam olduqda
mümkündür. İstehlakçı aldığı məhsulun həqiqətən də ekoloji istehsalın məhsulu
olduğuna əmin olmaq istəyir.
Bioloji fermerin «ekoloji» sözündən yalan yolla istifadə edərək, onu düzgün
olmayan rəqabətə cəlb edən digər fermerlərdən qorunmağa ehtiyacı var.