Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə304/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   300   301   302   303   304   305   306   307   ...   431
Standartlar 
Ekoloji üsullarla istehsal olunmuş qida məhsullarının faydası ekoloji cəhətdən 
və  təmizlik keyfiyyəti baxımından xarici görünüşünə görə son məhsulda birbaşa 
bilinmir.  Əgər istehlakçı ekoloji məhsulu almaq qərarı vasitəsilə ilə ekoloji 
cəhətdən sağlam və davamlı istehsala dəstək vermək istəyirsə, onda bu məhsulların 
keyfiyyətinin aşkara çıxardılmasının digər təsdiqləyici formaları  tələb olunur. 
Ekoloji məhsulların istehsalçılarını hüquqlarını qorumaq lazımdır, çünki əks halda 
adi üsulla istehsal olunmuş ərzaqlar yenidən qablaşdırıla və ekoloji təmiz məhsul 
kimi satıla bilər.  Təcrübədə belə hallar tez-tez baş verir.    
Yalan və aldatma müxtəlif ola bilər. Məsələn, yalnız üzvi gübrələrin istifadəsi 
ilə becərilən kartof ekoloji becərilən kartof sayıla bilməz, lakin pərakəndə ticarətçi 
bu fərqi qəsdən və ya bilmədən dərk etməyə bilər. Çoxsaylı adi fermerlər kartofun 
becərilməsi zamanı öz təsərrüfatından əldə olunan üzvi gübrələrdən istifadə edir və 
məhsulu “ekoloji gübrələrin istifadəsi ilə becərilmiş” kimi markalayaraq  daha 
artıq qiymətə sata bilərlər. Lakin üzvi gübrələrin istifadəsi bütöv ekoloji istehsal 
sisteminin yalnız kiçik bir hissəsidir. Belə aldatmalar əsl ekoloji istehsalçı üçün 
zərərlidir, çünki bunlar bazarın mahiyyətini dəyişdirir və  əsl ekoloji üsullarla 
istehsal olunmuş ərzaqlara inamsızlığın yaradılması ilə istehlakçını şübhəyə salır.  
Biləvasitə kommersiya marağı olmayan müstəqil, səlahiyyətli orqanlar 
tərəfindən hazırlanmış ekoloji istehsal standartları  həm istehlakçının, həm də 
istehsalçının mənafeyini qoruya biləcək yeganə üsuldur.  
İstehsal standartlarının inkişafı 1940-cı illərdən etibarən ekoloji təsərrüfat-
çılığın inkişafı ilə sıx bağlıdır.   
Son illərdə ayrı-ayrı ticarət şirkətlərı “İFOAM-nın standartlarına uyğun olaraq 
becərilmiş” markalanması ilə  məhsulları satışa çıxarır.  İFOAM – Beynəlxalq 
Ekoloji Kənd Təsərrüfatı  Hərəkatı Federasiyasıdır. Onun 1989-cu ildə sonuncu 


 247
dəfə redaktə etdiyi standartları  əsas kimi qəbul olunur və milli təşkilatlar öz 
standartlarını onun əsasında hazırlaya bilər. Bəzi hallarda İFOAM-nın stardartları 
bir sıra milli standartlara uyğun olaraq becərilmiş  məhsulların başqa ölkələrdə 
idxalçılar tərəfindən qəbul olunub və olunmaması haqqında qərar vermək üçün 
istifadə olunur. Fərdi istehsalçılar “İFOAM-nın standartları”na uyğun olaraq 
istehsal edə bilmirlər, ona görə ki, İFOAM özü inspeksiya və  nəzarət planlarını 
həyata keçirmir və heç vaxt keçirməyəcək, baxmayaraq ki, İFOAM milli nəzarət 
planlarının qiymətləndirməsi sistemini hazırlayır.  
Standartlar üzrə aparılmış bütün müzakirələrin yekununda bir mühüm nəticə 
əldə olunmuşdur.  Bu nəticə  qeyd edir ki, bir sıra milli hökumətlərin səylərinə 
baxmayaraq standartlar son məhsulda kimyəvi qalıqların və ya başqa keyfiyyət 
göstəricilərinin təyin edilməsini təmin etmir. Ekoloji məhsullar standartları istehsal 
sisteminə  əsaslanmalıdır – yəni yalnız belə olan halda ekoloji məhsul istehsalına 
zəmanət verilə bilər. Eyni zamanda məhsulun üzərində onun istehsal mənbəyini 
təsvir edən dəqiq markalanma olmalıdır: məsələn, “ekoloji təsərrüfatçılıq 
sisteminındə istehsal olunmuş” və ya “ekoloji üsullarla becərilmiş  ərzaqlar” kimi 
təsvirlər çox hallarda istehlakçıları aldatmaq üçün istifadə olunan “ekoloji ərzaq” 
markalanmasına nisbətən daha az nəzəri cəlb etməsinə baxmayaraq, qarışıqlıq və 
anlaşılmazlığa səbəb olmamaq üçün daha çox münasibdir.   

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin