9.2. Ekoloji təmiz qida məhsulları üçün bazar Tərkibi yüksək miqdarda yağlar, şəkər, duzlar və həmçinin müxtəlif qida
əlavələri və pestisid qalıqlarından ibarət ərzaqların təhlükəsi haqqında narahat olan
istehlakçı sağlam ərzaq istehsalını stimullaşdırır və qida sektorunda mühüm
dəyişikliklərə, o cümlədən əlavələrsiz ərzaqların tanınmasını dəstəkləyir. Bundan
başqa, müasir kənd təsərrüfatı üsullarının istifadəsi ilə bağlı ətraf mühitə vurulan
zərər haqqında daima aparılan məlumatlandırma istehlakçının təsəvvüründə ilk
növbədə kimyəvi preparatların istifadəsinin mənfi təsiri ilə bağlıdır.
Bu problemlər ekoloji təmiz qida məhsulları üçün bazarın inkişafına təkan
vermişdir. Qeyd etmək lazımdır ki, ekoloji təmiz qida məhsulları üçün bazarın
inkişafı istiqamətində bir o qədər də geniş reklam tədbirləri aparılmamışdır.
Ekoloji üsullarla istehsal olunmuş qida məhsulları üçün bazarın inkişafı qida
sənayesinin etinasızlığına baxmayaraq, əhəmiyyətli dərəcədə istehlakçı tərəfindən
təbliğ edilmişdir.
Sağlamlıq, ətraf mühit və resursların istifadəsi kimi ictimai maraqların daha
geniş sahəsinə aid olan ekzogen (xarici) amillərin təsiri altında ekoloji təmiz qida
məhsulları üçün bazar yaranmış və inkişaf etmişdir. Hazırkı dövrə qədər ərzaq
sənayesi bu maraqlara əhəmiyyət verməmiş və istehlakçı öz seçim meyarlarını
qane edən ərzaqı özü üçün axtarmaq məcburiyyətində idi. Ekoloji istehsalçıların
resurs çatışmamazlığına baxmayaraq, onlar istehlakçının diqqətinin cəlb edilmə-
sində böyük müvəffəqiyyət qazanmışlar. Şübhəsiz ki, ənənəvi kənd təsərrüfatına
antaqonizm (ziddiyyətdə) mövqeyində duran və müvafiq olaraq ekoloji alternativ-
lərə meyl göstərən hədəf qrupunun əhatə edilməsi bu bazarın yaranmasında və
inkişafında mühüm rol oynamışdır.