10.1.2. Sertifikatlaşdırmanın növləri Birbaşa sertifikatlaşdırma Hazırda bir çox inkişaf etməkdə olan ölkələrin ixrac yönümlü ekoloji
layihələri mal qəbul edən ölkələrin yoxlama və sertifikatlaşma mərhələsindən
keçir. Beynəlxalq sertifikatlaşdırma orqanlarının ekoloji kənd təsərrüfatı və onun
sertifikatlaşdırılmasında böyük təcrübələri var. Mal idxal edən ölkələr çox vaxt
onların işinə üstünlük verirlər, belə ki, onlar dünya miqyasında öz işləri ilə
tanınırlar. Sərfəli olmayan odur ki, bəzən onlar yerli şəraiti bilmirlər və
sertifikatlaşdırma çox baha başa gəlir, belə ki, tez-tez olan hava yolları ilə səfərləri
və xarici pul vahidi ilə olan əmək haqqı məsrəfləri artırır.