Kiçik qrup sertifikatlaşdırılması Harada ki, çoxlu sayda xırda sahibkarlar xarici sertifikatlaşdırma təşkilatı
tərəfindən yoxlanılır, bu prosesin dəyəri çox yüksək ola bilər.
Müəyyən qrup fermerlər oxşar məhsullar istehsal etməklə müəyyən birliklər
yaxud digər formada təşkilatlar yaradırlar və onu qeydiyyatdan keçirirlər. Bundan
sonra bu qrupun təsərrüfat fəaliyyətinin tələb olunan standartlara cavab verib-
vermədiyini sənədləşdirmək üçün onlar - Daxili Nəzarət Sistemi (DNS) ilə əmək-
daşlıq edirlər. DNS kiçik nəzarət təşkilatı kimi fəaliyyət göstərir: daxili standartlar,
iştirakçı fermerlərin yazılı öhdəlikləri, ildə bir dəfə DNS inspektorlarının yoxla-
ması, səhvlərə və pozuntulara yol verən fermerlərə daxili sanksiyaların tətbiqi.
Xarici sertifikatlaşma nəzarətçiləri DNS-in işini qəflətən, xəbərsiz yoxlayır.
Müqavilə bağlayan fermer qrupu korporativ sertifikatın sahibinə çevrilir.
Bir tərəfdən DNS xarici yoxlama və sertifikatlaşdırmalara olan xərci minimu-
ma endirir, fermerləri istehsalda dəstəkləyir və standartın tələblərinə əməl etməyə
sövq edir, digər tərəfdən DNS-in mövcudluğu lazımı işçi qüvvəsi və onların əmək
haqqı ilə təmin olunmasını tələb edir. Təkrar yoxlamanın tələblərinə uyğun olaraq,
təsərrüfatın bir hissəsi ikinci dəfə yoxlanılır. Digər bir problem sertifikatın sahiblik
məsələsidir. Əgər hansısa bir qrup birlikdə sertifikatlaşdırılıbsa, tək-tək fermerlərin
öz məhsullarını başqa alıcılara sertifikatlaşmadan istifadə edərək satmasına icazə
verilmir. Əgər xarici yoxlama zamanı hansısa bir qrup üzvünün standartlara əməl
etmədiyi üzə çıxarsa, bütöv qrupun sertifikatı itirmək təhlükəsi yaranır.
Yerli sertifikatlaşdırma xidməti mümkün olan yerlərdə, fermer qrupları
qiymətləndirilməlidir ki, tam xarici yoxlama, yoxsa DNS uyğundur və ya iqtisadi
sərfəlidir.