Fitonsidli bitkilər Fitonsidlər, latıncadan tərcümədə fito - bitki, sido – öldürmək mənası verir.
Əslində isə müxtəlif bitkilərin tərkibində olan fitonsidlər xəstəlik törədən (patogen)
bakteriya, göbələk, maya və viruslara qarşı antibakterial təsirinə görə başqa mad-
dələrdən seçilir. Uzunmüddətli tədqiqatlar sayəsində 60-a qədər bitkidə fitonsid
mənşəli maddələr aşkarlanıb. Onlardan tibbdə və baytarlıqda soğan, sarımsaq,
xardal, turp, bibər, istiot, zəfəran, gicitkən, moruq, limon, portağal, qozun qərzəyi,
narın qabığı, gicitkən yarpağı, incil yarpağı, incil yarpağının südü müxtəlif
xəstəliklər zamanı geniş tətbiq edilir. Xüsusilə yuxarı tənəffüs yollarının (burun,
qırtlaq, traxeya), həmçinin mədə-bağırsaq pozuntuları (qastrit, enterit, qastro-
enterit, kolit, ishal, dispepsiya, dizinteriya) zamanı həm ayrı-ayrılıqda, həm də
digər dərman preparatları ilə yanaşı olduqca kəsərli təsiri ilə seçilir.
Vaxtı ilə akademik M.A.Topçubaşov müxtəlif zədələnmələr və cərrahi
əməliyyatlar zamanı əmələ gəlmiş açıq yaraların müalicəsində fitonsidlərdən
olduqca səmərəli istifadə etmişdir. Məşhur cərrah sarımsaq və soğan şirəsini
Naftalan neftinə qatmaqla hazırlanmış məlhəmdən stafilokokk, streptokokk,
spiroxet kimi xəstəlik törədicilərinə qarşı istifadə etməklə, uğurlu nəticələrə nail
olmuşdur.
Soğan, sarımsaq və gicitkən çiy, bütöv və doğranmış halda buzovların, balaq-
ların, quzuların, çəpişlərin, çoşkaların və cücələrin mədə-bağırsaq xəstəlikləri
zamanı sağalmanı tezləşdirməklə, həm də ağırlaşma hallarının qarşısını alır. Yuxarı
tənəffüs yollarının iltihabında soğan, sarımsaq, turp, şalğamturp, gicitkən şirəsini
pipetka ilə buruna damızdırmaqla, yoluxmuş heyvanları xəstəliklərdən qorumaq
mümkündür. Məişətdə təzə (isti) əti çibin, mığmığa və cür-cücüdən qorumaq üçün
onun üstünə yarpız, nanə və reyhan yarpaqları qoyulur. Çünki ətirli bitkilərdən
buxarlanan maddələr, qanadlı həşərata ürküdücü (diksindirici) təsir göstərir.
Heyvanların üstünə tənbəki (tütün) suyu çiləməklə, eyni effekt alınır. Çöldə,
örüşdə, otlaqda, yataqda, talvarda dincələn heyvanları qansoran qanadlı həşərat-
lardan qorumaq üçün yaş çır-çırpının, çör-çöpün tüstüsü kifayətdir.