Амин Бабайев, Вцгар Бабайев


Dərman bitkilərindən dərman formalarının hazırlanması



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə301/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   297   298   299   300   301   302   303   304   ...   431
Dərman bitkilərindən dərman formalarının hazırlanması  
İlk növbədə qeyd edilməlidir ki, tibbdən fərqli olaraq, baytarlıqda dərman 
bitkilərinin təbii formalarından istifadə olunması daha sərfəlidir. Çünki müxtəlif 
əməliyyatlar (qaynatma, bişirmə, qurutma, üyütmə, təmizləmə, çeşidləmə) aparıl-
madan adicə xammaldan (yarpaq, xəzəl, çiçək, tumurcuq, kök, zoğ, toxum, meyvə) 
həm  yem əlavəsi, həm də dərman kimi istifadə etmək mümkündür. Lakin lazım 
gələrsə, tibbdə işlədilən bir çox dərman formaları baytarlıqda da tətbiq oluna bilər. 
Beləliklə, ekoloji baxımdan daha əlverişli sayılan təbii formaların hazırlanması 
olduqca perspektivli istiqamət tapır. Tibbdə ən sadə dərman forması hesab edilən 
toz isə texnoloji və metodiki baxımdan arxa plana keçir. Digər tərəfdən toz halında 
istifadə o qədər məqsədyönlü sayılmır.  
Dərman bitkilərindən çox vaxt dəmləmə, çay və pörtləmə kimi istifadə
onların şirələrininin müalicəvi təsirilə izah olunur. Dəmləmə hazırlamaq üçün emal 
qaba qoyulmuş kütlənin (yarpaq, çiçək, pöhrə, kök, toxum, meyvə) üzərinə su 
tökülür və  ağzı qapanaraq su hamamında (qaynar suda) 15-30 dəqiqə  dəmdə 
saxlanılır. Beləliklə, alınan şirə (ana məhlul) suya, yaxud yemə qatılaraq xəstələrə 
verilir. Ferma şəraitində bir qədər sadə üsul daha münasibdir. Belə ki, emal qaba 
götürülmüş  yığıntının üstünə qaynar su töküb, qalın parçaya bükərək 5-6 saatlıq 
dəmdə saxlamaq kifayətdir. Ekstrakt və cövhər hazırlamaqdan ötrü spirtdən (40-
70%) istifadə edilə bilər. Spirtli cövhərlərin başlıca üstünlüyü ondadır ki, onları 
uzun müddət saxlamaq mümkündür və azacıq dozaları belə kifayət qədər 
kəsərlidir. 
Xammaldan asılı olaraq, müxtəlif bitkilərdən ibarət olan yığıntı  və çay 
tərkibləri də yaxşı cəhətdən özünü doğruldub. Yaş və ya qurudulmuş xammal xırda 
doğranaraq alov üzərində dəm alana qədər saxlanılır. Hazır yığıntının həm də dəm-
ləmə, təpitmə, buğlama (buğavermə) kimi istifadəsi nəzərdə tutulur. Başqa müna-
sib dərman formalarından piydə, bitki və heyvan yağında hazırlanan məlhəmlərin, 
həmçinin təzə çəkilmiş bitki şirələrinin şəfaverici xüsusiyyətlərindən də faydalan-
maq olar. Tibbdən fərqli olaraq baytarlıqda bitkinin ayrı-ayrı hissələri (kök, köməc, 
budaq, qabıq, qoza, özək, pöhrə) doğranmış  və ya toz halında işlədilə bilər. 
Yarpaq, kökümsov, meyvəkök, meyvə, çiçək, toxum isə yaş  və qurudulmuş 
durumda xəstələrə yeridilir. Əgər bitkinin tamı acı və ya xoşagələn deyilsə, yemin 
tərkibinə bir qədər biyan kökünün tozu qatılır. 
 
 


 245

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin