5. Qoturluq Qoturluq geniş yayılmış xəstəliklər içərisində özünəməxsus yer tutur. Geyiş-
mə sayəsində baş verən qaşınma, müxtəlif səbəblərdən irəli gəlir. Buraya vitamin,
mineral çatışmazlığı, bəzi yoluxucu xəstəliklər aid edilir. Lakin söhbət gənələr
tərəfindən törədilən qoturluqdan gedir. İri otlaq, yataq gənələrinə nisbətən, qotur-
luq gənələri olduqca xırdadır - adi gözlə baxanda toz boyda görünür, lakin diri
hərəkətdə olanları seçmək mümkündür. Bütün məməli heyvanlarda, hətta quşlarda
da təsadüf edilir. Davar, qaramal, camış, at, donuz, dovşanların hərəsinin özünə-
məxsus törədicisi var. Qoyunlar arasında daha geniş yayılıb. Kütləvi xəstələnmə
halları qışda qoyunlar yataqlara salınandan 2-3 həftə sonra baş verir. Yaz-yay
aylarında, demək olar ki, nəzərə çarpmır.
Xəstəliyin əlamətləri . Yağışlı havalarda yataqda, xüsusən gecələr tikililərdə
hava isinəndən sonra üzə çıxır. Heyvanlar dodağı, dili, dişi, dırnaqları ilə geyişən
yerləri qaşımağa səy göstərir. Yun (tük örtüyü) yapıxır, dolaşır, kövrəkləşir,
parlaqlığını itirir, asanlıqla yolunur. Tədricən dəridə məskən salıb, yaşayan
gənələr, onu zədələyir, əvvəlcə qaysaq, sonra qərtmək əmələ gəlir. Yun tökülən
yerlər dazlaşır (keçəlləşir). Heyvan həddən artıq narahat olur, toxtaya bilmir,
yemdən qalır, arıqlayır. Qısa müddətdə xəstəlik bütün sürünü (naxırı) bürüyür,
insanların yoluxması da istisna edilmir.
Qoruyucu tədbirlər sırasında, ferma daxilində heyvanların yerdəyişməsini
məhdudlaşdıran tədbirlər, mühüm yer tutur. Kənardan gətirilən heyvanlar təcrid
edilərək, bir müddət karantində saxlanılır. Xəstələr bir qayda olaraq ayrılaraq
müalicəyə cəlb olunur. Sınanmış tədbirlər içərisində, qırxından sonra qoyunların
vannalarda çimizdirilməsi xüsusi əhəmiyyət daşıyır. Mülayim havada çiləmə
qurğuları vasitəsilə çimdirmə aparıla bilər. Məlhəm və linimentlər bir neçə başda
müalicə aparmaq üçün yararlı sayılır.