239
otarılması vəziyyətin gərginləşməsinə zəmin yaradır. Əksinə, əkmə otlaqlarda
gənədaraşma ehtimalı minimuma enir. Ərazinin şumlanması, alaqdan, kol-kosdan
təmizlənməsi gənələri yurd-yuvasından didərgin salır, törəyib-çoxalma imkanlarını
məhdudlaşdırır. Gənələr əleyhinə etibarlı mübarizə tədbirlərinin ən səmərəlisi,
heyvanların vanna və duş qurğularında çimdirilməsidir. Son illərdə gənələrə qarşı
kifayət qədər təsirli preparatlar sınaqdan çıxarıldığından, müvafiq seçim imkanları
genişdir. Keçirici gənələr öz yerində, mübarizənin
digər səmti qanda məskən
salmış parazitlərdir. Əgər konkret vəziyyət nəzərə alınsa, xəstə heyvanların müali-
cəsi ön planda yer alar. Müvafiq parazitlərə qarşı çoxsaylı preparatların ən kəsərlisi
seçilib tətbiq edilərsə, tələfatın qarşısını almaq mümkündür. Lakin
bununla da
arxayınlaşmaq düzgün deyil. Çünki ürək-qan-damar, sinir, tənəffüz sistemində
həmçinin həzm yollarında baş verən sarsıntılar aradan qaldırılmadan, gözlənilən
nəticələr alınmır. Odur ki, qızdırmanı aşağı salan
– temperaturu nizamlayan,
ürəyin, qandoğuran orqanların fəaliyyətinin nizamlanması,
qəbizliyin aradan
qaldırılması sağalma müddətini qısaltmağa, dirçəlişə etibarlı zəmanət verir.
Dostları ilə paylaş: