Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə300/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   296   297   298   299   300   301   302   303   ...   431
 
Dərman bitkilərinin toplanması 
Ümumiyyətlə, bitkilər və xüsusən də dərman bitkiləri olduqca mürəkkəb kim-
yəvi tərkibə malikdir. Bunların içərisində duzlar, əsaslar, turşular, oksidlər qisminə 
daxil olan birləşmələr mühüm əhəmiyyət kəsb edir. Bir qayda olaraq tərkibində 


 243
alkoloidlər, qlükozidlər, sapominlər, flavonoidlər, aşı maddələri, kumarinlər, 
vitaminlər, qətranlar toplanan bitkilər bioloji fəallığına görə başqalarından seçilir. 
Əslində isə bu və ya digər birləşmələrin miqdarından asılı olaraq fəal təsir gücünə 
malik olan maddələr fizioloji proseslərin tənzimlənməsinə  zəmin yaradır. Bioloji 
fəal maddələrin müalicəvi səmərə baxımından təsiredici fəal maddə, yaxud 
təsiredici maddə adlandırılması daha məqsədyönümlü sayılır. Bəzən eyni bitkinin 
tərkibində bir deyil, bir neçə  təsiredici maddə ola bilər. El arasında bitkilərin, 
demək olar ki, bütün əzalarından (orqanlardan) istifadə olunur. Bütün bunlar ondan 
irəli gəlir ki, müalicəvi xassələrə malik olan maddələr bitkinin kökündə, 
kökümsovunda, kök-köməcində, gövdəsində, qabığında, budağında, zoğunda 
yaxud da çiçəyində, ləçəyində, qönçəsində, meyvəsində, çəyirdəyində, toxumunda, 
çiyidində, puçurunda, tumurcuğunda toplanır. 
Maraqlı haldır ki, bu və ya digər orqanların (hissələrin) lazımi maddələrlə 
zənginləşməsi bitkilərin vegetasiya (inkişaf) dövründən asılıdır.  Əsrlər boyu 
insanlar tərəfindən sınaqlardan keçə-keçə bizə gəlib çatmış əməli təcrübə, müasir 
zəmanədə yeni çalarlarla zənginləşib. Belə ki, artıq kimyəvi tədqiqatlar sayəsində 
aşkar edilmiş birləşmələrin bitkinin hansı orqanında daha çox toplanması 
aşkarlanıb.  Əgər müvafiq şərtlərə (puçurlanma, tumurcuqlanma, çiçəklənmə, 
barlanma, yetişmə)  əməl olunmursa, tədarük edilən yığıntıdan müalicə üçün 
istifadə etməyə dəyməz. Məsələn, yovşan hələ qönçə ikən, biyan kökü çiçəklənmə, 
tütün və xaş-xaş isə inkişafın son dövründə dərman maddələri ilə zənginləşir. Odur 
ki, dərman bitkilərinin toplanması  işinin ilin münasib vaxtlarında aparılması 
mühüm əhəmiyyət kəsb edir.  
Çeşidlənməsi və ilkin emalı.  Toplanmış  yığıntılar mənsubiyyətindən asılı 
olmayaraq təmizlənməli, çeşidlənməli, saf-çürük edilməli, qurudulmalı və münasib 
qaydada saxlanmalıdır. Əgər müvafiq tövsiyələrə əməl olunmazsa, istifadə zamanı 
fəsadlar qaçılmazdır. Xammalın ilkin emalından sonra yekunlaşdırıcı, vacib 
mərhələ onun qurudulmasıdır. 
Ümumilikdə götürülsə, qurutma prosesi nə  qədər tez başa çatsa, alınan 
məhsulun keyfiyyəti də bir o qədər dəyərli olar. Lakin bəzən qurutma prosesinin 
tezləşdirilməsi məqsədyönlü sayılmır. Bir qayda olaraq, bitki xammalı 35-40
0

istilikdə sobalarda, kürələrdə, çardaqlarda, üstüörtülü tikililərdə, bəzən isə açıq 
havada kölgəli yerlərdə  həsir çətir dərəcə üzərində qurudulur. Yaşıl, nəm və ya 
azca təpimiş xammal nazik layla sərilib-səpələnir və sutkada ən azı 1-2 dəfə altı-
üstünə çevrilir. Yağıntıdan asılı olaraq qurutma, ipə düzmək, bandaq və ya dəstə 
bağlayaraq asmaqla da aparıla bilər. Yadda saxlamaq lazımdır ki, günəş altında 
qurudularkən bitkinin tərkibindəki bəzi faydalı birləşmələr parçalanır, təsirini və 
təbii rəngini itirir. 
Bitki xammalını qurutmaq üçün süni qurğulardan da istifadə edilir. Bu zaman 
qurutma prosesi xüsusi kamera və ya şkaflarda qızmış hava (buxar, buğ) cərəyanı 
vasitəlsilə aparılır. Normal qurudulmuş  məhsulun (materialın) tərkibində 8-15% 
nəmlik qalır. Qurudulmuş xammalın orqonoleptiki əlamətlərinə - rənginə,  ətrinə, 
iyinə, tamına və dadına görə onun keyfiyyətini gözəyarı qiymətləndirmək 
mümkündür. 


 244
Bitki xammalının saxlanması.  İlkin emal olunmuş, çeşidlənmiş, qurudulmuş
xammalı saxlayarkən onu zərərli təsirlərdən - nəmdən, işıqdan, günəş şüalarından, 
cür-cücüdən, zibillənmədən, çirklənmədən, sirayətlənmədən qorumaq lazım gəlir. 
Natəmiz, havası  nəmli, boğanaqlı, iyli, qoxulu yerlərdə saxlanan xammalın rəngi 
dəyişir (qaralır, qaxsayır), kənar diksindirici iy, qoxu, tam əmələ  gəlir. Xammalı 
kənar təsirlərdən qorumaq üçün təbii parçalardan hazırlanmış torbalardan, taxta, 
karton, kağız qutulardan (paketlərdən), tutqun rəngli  şüşə  və polisterol qablardan 
istifadə edilir. Xammal saxlanan tikililərdə (kameralarda) normal istilik, nəmlik, 
aerasiya rejimi yaradılır.  
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin