Амин Бабайев, Вцгар Бабайев


Zərərvericilərin idarəedilməsi



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə412/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   408   409   410   411   412   413   414   415   ...   431
Zərərvericilərin idarəedilməsi 
82. Zərərvericilərin idarəedilməsi və onlara nəzarətdə  aşağıdakı  tədbirlərdən istifadə 
edilməlidir:  
a) Zərərverici yaşadığı yerlərin və avadanlıqlara daxil olması yollarının məhv edilməsi 
və azaldılması üçün edilən profilaktik tədbirlər zərərvericilərlə mübarizədə başlıca 
metodologiya olmalıdır;  
b)  Əgər profilaktik metodlar qeyri-adekvatdırsa, zərərvericilərə  nəzarətdə ilk seçim 
mexaniki-fiziki və ya bioloji metodlar olmalıdır;  
c) Əgər mexaniki-fiziki və ya bioloji metodlar zərərvericilərə nəzarətdə qeyri-adekvat-
dırsa,  Əlavə 2-də, Cədvəl 21-də göstərilən pestisidli-zəhərli maddələrdən (və ya bu 
standartlara müvafiq olaraq  GABA tərəfindən icazə verilən digər maddələr) istifadə 
edilə bilər, ancaq bir şərtlə ki, bu maddələrdən emalda, saxlanmada, daşınmada və  emal 
avadanlıqlarını mühafizə  məqsədi ilə istifadəsinə icazə verilsin və bu maddələrin  
ekoloji  məhsullarla təmasına yol verilməsin.  


 
335
83. Zərərvericilərin qarşısı yaxşı idarəetmə praktikası ilə  də alına bilər. Saxlama 
binalarında və ya nəqliyyat  konteynerlərində  fiziki maneələr və ya səs, ultra-səs, işıq, 
ultra bənövşəyi  şüa, tələlər (feremon tələləri, və s.), nəzarət olunan hərarət, nəzarət 
olunan atmosfer havası (karbon dioksid, oksigen, azot) və    digər praktikalar da bu 
sıradan sayıla bilər.   
84. Yığımdan sonrakı dövrlərdə  və ya karantin  məqsədilə  Əlavə 2-də siyahıya 
alınmayan pestisidlərdən bu Standarta müvafiq olaraq istehsal edilən məhsullar üçün 
istifadə    edilə bilməz.  Əks halda, o, ekoloji yolla istehsal olunan məhsulların ekoloji 
statusunun itirilməsinə gətirə bilər.   
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   408   409   410   411   412   413   414   415   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin