345
və qablaşdırılması ilə limitləşdirildiyi halda hazırlama və qablaşdırma emalatxanaları
birliyin hansısa bir hissəsini təşkil edə bilər.
4. Əgər inspeksiya ilk dəfə həyata keçirilirsə, sertifikatlaşdırma
qurumunun müştərisi
(operator) məzmununa aşağıdakılar daxil edilən kontrakt imzalayır:
a) saxlama və istehsal binaları, torpaq sahəsi göstərilməklə vahidin və ya toplama
ərazisinin, həmçinin müəyyən hazırlama və yaxud qablaşdırma fəaliyyətlərinin baş
verdiyi yerlərin tam təsviri;
b) yabanı məhsullar toplandıqda üçüncü tərəfin verdiyi müvafiq təminat nəticəsində
istehsalçı Əlavə 1 paraqraf 10-un tələblərinin əməl olunmasını
təmin etməlidir;
c) bütün praktik tədbirlər təsərrüfatdaxili səviyyədə edilməlidir və bu, standarta
uyğunluğu təmin etməlidir;
d) torpaq sahəsində və ya yığım ərazisində bu standartın Bölmə 4-nə müvafiq olmayan
məhsullar üçün aparılan son tədbirlər;
e) sahibkarın hətta çətin vəziyyətlərdə belə bu standartın Bölmə 3 və 4-də qeyd olunan
tədbirləri yerinə yetirəcəyi barəsində öhdəlikləri.
5. Hər il sertifikatlaşdırma qurumu tərəfindən təyin olunmuş tarixdən əvvəl sahibkar öz
bitkiçilik və heyvandarlıq məhsullarının istehsal qrafiki, torpaq sahəsinin planı ilə
sertifikatlaşdırma qurumunu tanış etməlidir.
6. Yazılı və sənədləşdirilmiş bütün hesablar qorunub saxlanmalıdır ki, sertifikatlaşdırma
qurumu istifadə olunan bütün xammalın mənşəyini və kəmiyyətini və bu cür material-
lardan istifadəni təftiş edə bilsin. Bundan əlavə yazılı və sənədləşdirilmiş hesablar
saxlanmalıdır ki, istənilən vaxt satılan bütün kənd təsərrüfatı məhsullarının
mənbəyini,
kəmiyyətini və göndərilməsini nəzarətdə saxlaya bilsin. Birbaşa istehlakçıya satılan
məhsulun kəmiyyəti yaxşı olardı ki, göndəlik hesablamalar əsasında aparılsın. Əgər
istehsal vahidi özü kənd təsərrüfatı məhsullarının emalını həyata keçirirsə, onun hesabı
bu Əlavənin B 2-də tələb olunan məlumatları özündə cəmləşdirməlidir.
7. Hər bir heyvan individual şəkildə identifikasiya edilməlidir. Əgər bunlar kiçik
məməlilərdirsə və ya quşlardırsa, o zaman ya toplaşma və ya otlama xüsusiyyətlərinə
görə identifikasiya edilməlidir. Arılar isə pətəyinə görə müəyyənləşdirilməlidir. Yazılı
və sənədləşdirilmiş bütün hesablar qorunub saxlanmalıdır ki, mal-qaranın və ya arıların
sistem daxilində mütəmadi olaraq daşınmasına və nəzarətdə olmasına və lazım gələndə
audit məqsədilə yoxlama aparmağa imkan yaratsın. Sahibkar aşağıda qeyd olunan
hesabatların təfsilatlı və yenilənmiş şəkildə nəticələrini qoruyub saxlamalıdır:
a) heyvanların seleksiyası və mənşəyinin müəyyənləşdirilməsi;
b) hər hansı alış əməliyyatının qeydiyyatı;
c)
xəstəliklərin, zədələnmələrin və reproduktiv problemlərin qarşısının alınması və
idarəedilməsi məqsədilə tərtib olunan sağlamlıq haqqında plan;
d) hər hansı bir məqsədlə istifadə olunan müalicə üsulları və dərmanlar, həmçinin
karantin müddəti və müalicə olunmuş heyvanların və ya pətəklərin identifikasiyası;
e) tətbiq olunan yem və yemin alınma mənbələri;
f) mal-qaranın təsərrüfat daxilində hərəkəti və arı pətəklərinin xəritədə qeyd edildiyi
kimi yem ərazisində hərəkəti;
g) daşınma, kəsim və ya satış;
h) hər növ arı məhsullarının ekstraksiyası, emalı və saxlanması.
8. Bu standartın paraqraf 4.1(b) bölməsində qeyd olunanlara əsasən istifadəsi qadağan
olunan maddələrdən başqa təsərrüfata kənardan gətirilən maddələrin saxlanması.
346
9. Sertifikatlaşdırma qurumu ildə ən azı bir dəfə təsərrüfatın tam inspeksiyasını öz
üzərinə götürür.
Məhsullardan nümunələr bu standartda siyahıda olmayan məhsulların
istifadəsindən şübhələndikdə götürülür. Hər inspeksiya aparıldıqdan sonra inspeksiya
hesabatları tərtib olunur.
Əlavə olaraq ehtiyac olduğu halda,
qeyri-müntəzəm, xəbərdarlıqsız inspeksiyalar
da aparılmalıdır.
Sahibkar sertifikatlaşdırma qurumlarına yoxlama aparmaq, saxlama və istehsal
ərazilərinə, ümumi torpaq sahəsinə baxış keçirmək, həmçinin uçot-hesabatlara və
sənədlərə baxmaq üçün şərait yaratmalıdır.
10. Sahibkar həmçinin yoxlama aparmaq məqsədilə yoxlama aparan qurumu onun üçün
vacib hesab edilən hər hansı bir məlumatla təmin etməlidir.
11. Bu standartın Bölmə 1-nə əsaslanan və istehlakçı üçün son qablaşdırma
mərhələsini keçməyən məhsullar standarta müvafiq olmayan maddələrlə və ya
məhsullarla çirklənmənin və dəyişdirilmənin qarşısı alınaraq
və buna təminat verilərək
daşınmalıdır. Qanuna əsasən aşağıda qeyd olunan məlumatlar verilməlidir:
− istehsala və mıəhsulun hazırlanmasına cavabdeh olan şəxsin adı və ünvanı;
− məhsulun adı;
− məhsulun ekoloji statusa malik olması barəsində.
12. Sahibkar eyni ərazidə bir neçə istehsal vahidini idarə edirsə (paralel istehsal), Bölmə
1-də qeyd edilməyən istehsal vahidləri və istehsal edilən məhsullar paraqraf 4, 6 və 8-ə
əsasən inspeksiya subyekti olmalıdır. Bu istehsal vahidlərində yuxarıda paraqraf 3-də
qeyd edildiyi kimi fərqləndirilə bilinməyən sortlardan istifadə edilməməlidir.
Əgər sertifikatlaşdırma orqanı tərəfindən bu kənaraçıxmalara icazə verilirsə, bu
halda əlavə inspeksiya tələbatları – xəbərdarlıqsız sahə səfərləri, yığım zamanı əlavə
inspeksiyalar, əlavə sənədləşmə tələbatları, sahibkarın müxtəlif statuslu məhsulların
qarışmasının qarşısını almaq qabiliyyətlərinin qiymətləndrilməsi və s. kimi tədbirlər
görülməlidir.
Gələcəkdə hətta fəqləndirilə bilinmədiyi halda belə eyni sortdan istifadə edilməklə
paralel istehsaldan istifadə edilməsi məsələsinə bu standartda baxıla bilər və ancaq
adekvat inspeksiya tətbiq olunması üçün subyekt olmalıdır.
13. Ekoloji heyvandarlıqda bütün heyvanlar bir yaxud oxşar istehsal vahidində bu
standartdan irəli gələn qaydalara uyğun saxlanılmalıdır.
Bununla belə, bu standarta
uyğun olmadan saxlanan heyvanlar bu standarta uyğun olaraq saxlanan heyvanlardan
aydın şəkildə ayrılmaq şərtilə ekoloji təsərrüfata gətirilə bilər. GABA müxtəlif növlər
üzrə daha məhdudlaşdırıcı tədbirlər irəli sürür.
14. GABA qəbul edə bilər ki, bu standartın müddəalarına uyğun olaraq saxlanmış
heyvanlar adi otlaq sahələrində otarılsın, bir şərtlə ki:
a) bu sahədə ən azı son üç il ərzində bu standartın Bölmə 4.1 (a) və (b)-yə əsasən icazə
verilən maddələrdən başqa digər məhsullar istifadə edilməmiş olsun;
b) bu standartın müddəalarına müvafiq olaraq saxlanan
heyvanlarla digər heyvanlar
arasında aydın ayrılma sistemi olsun.
15. Heyvandarlıq məhsulları istehsalı üçün sertifikatlaşdırma bu Əlavənin digər
müddəalarına xələl gətirmədən istehlakçılara təminat vermək üçün istehsaldan satışa
qədər bütün mərhələlər üzrə inspeksiyalar təşkil etməlidir və texniki cəhətdən mümkün
olduğu qədər heyvanların və heyvandarlıq məhsullarının istehsal olunduğu təsərrüfat-
347
dan, digər emal və hazırlıq işlərindən yekun qablaşdırma və yaxud etiketlənməyə qədər
bütün mərhələlər üzrə yoxlanıla bilməsini təmin etməlidir.
Dostları ilə paylaş: