Амин Бабайев, Вцгар Бабайев


Azərbaycanda ekoloji kənd təsərrüfatının əsas iqtisadi göstəriciləri



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə77/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   73   74   75   76   77   78   79   80   ...   431
Azərbaycanda ekoloji kənd təsərrüfatının əsas iqtisadi göstəriciləri 
Ъядвял 10 
 
Göstəricilər 2006-cı il 
Ümumi sahə, ha 
20105 
Xüsusi çəkisi, % 
0,43 
O cümlədən, ha: 
- dənli və dənli paxlalı  
 
200 
- tərəvəz 
206 
- çoxillik bitkilər 
755 
- otlaqlar və biçənəklər 
10744 
- yabanı meyvələr və dərman bitkiləri 
8200 
- fermerlərin sayı 
332 
- bir fermerin payına düşən torpaq sahəsi orta hesabla, ha  
60,2 
- ümumi məhsulun dəyəri, ABŞ dolları ilə, mln. 
21,6 
Xüsusi çəki, % 
1,1 
 
2004-cü ildə prof. A.Babayevin rəhbərliyi altında ADAU və GABA-nı təmsil 
edən ekspertlər qrupu «Ekoloji Kənd Təsərrüfatı haqqında Qanun» layihəsini 
işləyib hazırladılar. Bu layihə ictimai rəyi öyrənmək məqsədilə  mərkəzi və 
regional mətbuat orqanlarında çap edildikdən sonra Milli Məclisə və respublika-
nın müvafiq nazirliklərinə təqdim olundu. 
Layihə yalnız 2007-ci ilin aprel ayında ölkə parlamentinin  Aqrar Siyasət 
Komissiyasında müzakirə mövzusuna çevrildi və prof. A.Babayev işçi Komissiya-
nın tərkibində qanun layihəsinin müzakirəsi və redaktəsi prosesində  iştirak etdi. 
Qanun Milli Məclisdə 2008-ci ildə qəbul olundu və ölkə Prezidentinin 25 avqust  
2008-ci il tarixli fərmanı ilə qüvvəyə mindi. 
Respublikamızın aşağıda qeyd olunan bəzi qanunvericilik aktları, eləcə  də 
Azərbaycan parlamenti tərəfindən təsdiq edilmiş Beynəlxalq Konvensiyalar qanun 
layihəsinin müzakirəsi zamanı onunla bağlı siyasi-psixoloji  mühitin «yumşalma-
sına» və bütövlükdə Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının genişlən-
məsi prosesinə müsbət təsir göstərmişdir:  


 
74
1.  Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 1999-cu il tarixli 730 
saylı fərmanı ilə təsdiq olunmuş və bununla da Azərbaycanın qanunvericilik 
bazasının bir hissəsinə çevrilmiş «Avropanın canlı  təbiətinin və  təbii mühi-
tinin qorunması haqqında» Avropa Konvensiyası.    
2.  Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2003-cü il tarixli 1152 saylı  
fərmanı ilə təsdiq edilmiş Davamlı İnkişaf üzrə Azərbaycan Respublikasının 
Milli Proqramı. Bu proqramın əsasını BMT-nin Rio-de-Janeyroda keçirilmiş 
Ümumdünya sammiti tərəfindən «Davamlı inkişaf haqqında» konsepsiyaya 
uyğun olaraq qəbul olunmuş «XXI Əsrin Gündəliyi» deklarasiyası təşkil edir.  
3.  Azərbaycan Respublikası Prezidentinin 14 mart 2006-cı il tarixli 829 saylı 
fərmanı ilə təsdiq olunaraq qüvvəyə minmiş «Bioloji müxtəliflik haqqında» 
BMT Konvensiyası. 
4.  Azərbaycan Respublikası Prezidenti tərəfindən 24 mart 2006-cı il tarixində 
təsdiq olunaraq qüvvəyə minmiş «Biomüxtəlifliyin Qorunması  və Davamlı 
İstifadəsi üzrə Azərbaycan Respublikasının Milli Strategiyası  və  Fəaliyyət 
Planı».  
Maarifləndirmə və təhsil ekoloji kənd təsərrüfatı sistemində olduqca mühüm 
yer tutur. Fermerlərdə yeni vərdiş  və bacarıqların formalaşması  və ekoloji kənd 
təsərrüfatının praktiki tətbiqi üzrə onlarda xüsusi idarəetmə qabiliyyətlərinin 
inkişaf etdirilməsi, ilk növbədə, təhsil ilə bağlıdır.  
Son 10 il ərzində  Gəncə Aqrobiznes Assosiasiyası bu sahədə  təhsilin çevik 
modelini işləyib hazırlayaraq təcrübədə müvəffəqiyyətlə  tətbiq edir. Təhsil 
modelin məqsədi aşağıdakılardan ibarətdir:  
-  fermerlərin praktiki biliklərinin artırılması; 
-  yeni məsləhətçilərin hazırlanması; 
-  gənclər arasında ekoloji təfəkkürün formalaşması; 
-  əhalinin müxtəlif ictimai qruplarının maarifləndirilməsi; 
-  qaçqın və məcburi köçkün icmaları ilə mütəmadi iş.  
Təhsil kontingenti aşağıdakı məqsəd qruplarına bölünmüşdür: 

fermerlər; 

kənd təsərrüfatı mütəxəssisləri (regionlar və rayonlar); 

dövlət məmurları; 

ADAU və 14 sahə Elmi-Tədqiqat İnstitutlarının kontingenti; 

gənclər; 

sahibkarlar və iş adamları; 

ümumtəhsil məktəblərinin və QHT-lərin kontingenti. 
Təhsil prosesində interaktiv üsullar və vasitələrdən istifadə olunur. Treninq-
lərin modulu və tədris-metodiki materialları beynəlxalq ekspertizadan keçmiş və 
dünya standartlarına müvafiqdir (tədris materialları, elmi-metodiki vəsaitlər, 
prezentasiyalar, stendlər, filmlər, 25 adda 500-ə qədər broşura və s.).  
Məqsəd qruplarının formalaşması və təhsilin təşkili üçün xüsusi metodikadan 
istifadə olunur.  
İlk növbədə, ekspres-sorğuların keçirilməsi vasitəsilə qrupun tərkibinin, 
xüsusilə də qadınların və gənclərin kənd təsərrüfatında mövcud olan ekoloji prob-
lemlər və təbiətin qanunları haqqında ilkin məlumatlarının olması, torpaq münbit-


 
75
liyinin və bitki mühafizəsinin idarəolunmasında istifadə etdikləri üsul və vasitələr, 
istehsal etdikləri məhsulun ekoloji təmizliyinə onların münasibəti və digər müva-
fiq məsələlərə aydınlıq gətirilir. Bununla yanaşı AZEKOSERT-in mütəxəssiləri 
ilə birgə qrup üzvlərinin istehsal sahələrinin ekoloji qiymətləndirilməsi həyata 
keçirilir (təsərrüfat  ərazisinin ekostandartların tələblərinə uyğun olaraq sənaye 
obyektlərindən, dəmiryollarından və  nəqliyyat  şoselərindən, ekoloji gərgin 
mənbələrdən müvafiq məsafədə yerləşməsi və s.). 
Bir qayda olaraq diskussiya formasında keçirilən treninqlərdə qapalı istehsal 
silsiləsi çərçivəsində (kənar vasitələrin minimum istifadəsi  şərtilə bitkiçilik və 
heyvandarlığın qarşılıqlı inkişafı) ekoloji üsullardan və vasitələrdən (növbəli əkin, 
yaşıl gübrələr, mulça, peyin, kompost və s.) səmərəli istifadə etməklə torpağın 
təbii münbitliyinin idarəolunması, yerli şəraitə uyğunlaşmış biomüxtəlifliyin 
yaradılması və inkişafı, zərərverici və xəstəliklərə nəzarət (növbəli əkin, davamlı 
sortlar, qarışıq  əkinlər, canlı hasar və faydalı entomofaunanın inkişafı  və çoxal-
ması üçün digər əlverişli bitki örtüyü, fitonsidlər) məsələləri müzakirə olunur.   
Ayrı-ayrı  məqsəd qruplarının təhsili üçün qarşıya qoyulmuş  məqsəd və 
vəzifələrdən asılı olaraq müxtəlif tədris proqramları işlənib hazırlanmışdır: 
1.  Qısamüddətli treninq proqramı (2 gün). Məqsəd – fermerlərdə ekoloji kənd 
təsərrüfatına marağın oyanması  və EKT-nin əsas prinsiplərinin onlara 
çatdırılması. 
2.  Ortamüddətli treninq proqramı (2 həftə). Məqsəd – ekostandartların 
tələbləri əsasında fermerlərə praktiki bilikləri öyrətmək.   
3.  Uzunmüddətli treninq proqramı (4 həftə). Məqsəd – keçid dövründə olan 
fermerlərə ekoloji kənd təsərrüfatının əsaslarını öyrətmək.  
4.  İş stajı olan kənd təsərrüfatı mütəxəssisləri üçün treniqlərin proqramı        
(1 həftə). Məqsəd – ekoloji kənd təsərrüfatı sahəsində yeni məsləhətçilərin 
hazırlanması.  
5.  Dövlət məmurları üçün treninq proqramı (2 gün). Məqsəd – onların ekoloji 
kənd təsərrüfatı üzrə Avropa Birliyinin qanunvericiliyi və dünya standart-
ları ilə tanış olmaları. 
6.  Gənclər üçün treninq proqramı (3 gün). Məqsəd – gənc nəsildə ekoloji 
təfəkkürün formalaşması.  
7.  Ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və Qeyri-Hökumət Təşki-
latları kontingenti üçün treninq proqramı (5 gün). Məqsəd – onlara ekoloji 
kənd təsərrüfatı hərəkatının genişləndirilməsi metodikasını öyrətmək. 
8.  Sahibkarlar və iş adamları üçün treninq proqramı (4 gün). Məqsəd – onlara 
ekoloji kənd təsərrüfatının iqtisadi əsaslarını - ekoməhsulların maketinqini 
öyrətmək.  
9.  Ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının alimləri və elmi 
işçiləri üçün seminarlar proqramı (3 gün). Məqsəd – onlara ekoloji kənd 
təsərrüfatı sistemində elmi tədqiqatların təşkili üzrə metodikanın və 
vəzifələrin müzakirəsi.    
Bu gün Azərbaycanın genişlənən ekoloji kənd təsərrüfatında 332 fermer 
təsərrüfatı  fəaliyyət göstərir. Bu sırada 11 fermer birliyi keçid dövrünü başa 


 
76
çatdırıb və hazırda onlar beynəlxalq sertifikat almaq üçün Avropa sertifikatlaş-
dırma orqanları tərəfindən monitorinqin keçirilməsi mərhələsindədir.    

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin