172
Eyni ilə ucaboylu bitkilərin alçaqboylu bitkilər üçün
qismən kölgə və yüksək
rütubət yaradaraq müəyyən mikroiqlim şəraitinin yaradılması vasitəsilə baş verən
təsiri şərti olaraq
«fiziki» adlandırmaq olar.
Birbaşa qarşılıqlı təsirin daha bir növünü
«bioloji» kimi qeyd etmək olar. Tarla-
da yaradılmış biomüxtəliflik bütün bu ərazinin ekosisteminə müsbət təsir göstərir.
Əsas bitkini
müşayiət edən bitkilər «faydalı» orqanizmlərə qida verir və sığınacaqdır.
Bitkilərin dolayı yolla qarşılıqlı təsiri - əsasən, torpaq vasitəsilə baş verir. Sələf
bitkilərinin növbəti bitkilərə təsiri torpağın xüsusiyyətlərinin dəyişdirilməsi, onun
üzvi və ya mineral maddələrlə zənginləşməsi və ya kasıblaşması, məsaməliliyi və ya
sıxlığı vasitəsilə özünü büruzə verir.
Ekoloji əkinçilikdə ətraf mühitə müsbət təsir göstərən
bitkilər dinamik bitkilər
adlanır. Bunlara gicitkən, çobanyastığı, zəncirotu, pişikotu və boymadərən (qanotu)
aiddir.
Dostları ilə paylaş: