6.1.9. Mehriban qonşular Yarpaqları böyük miqdarda uçucu maddələr ifraz edən ətirli otlar bir çox tərəvəz
bitkiləri üçün münasib qonşudur. Çoxlarına məlum olan zəncirotu böyük miqdarda
meyvələrin yetişməsini sürətləndirən etilen qazı ifraz edir. Odur ki, onun alma və bir
çox tərəvəz bitkiləri ilə qonşuluğu əlverişlidir. Lavanda, adaçayı, cəfəri, şüyüd,
mərzə, kəklikotu, çobanyastığı və s. kimi əksər ətirli otlar demək olar ki, bütün tərə-
vəzlərə yaxşı təsir göstərir. Ləklərin qırağına əkilmiş dalamaz, pişikotu və boyma-
dərən tərəvəz bitkilərinin daha sağlam və davamlı olmalarına müsbət təsir göstərir.