6.1.11. Yanaşı əkilməsi mümkün olmayan bitkilər Bəzi bitkilərin ifrazatları yalnız bir və ya iki növ digər bitkilərin inkişafına mənfi
təsir göstərir. Məsələn, sürvə (adaçayı) soğana, acı yovşan paxla və noxuda, sirkən
isə kartof əkinlərinə mənfi təsir göstərir.
Qoz ağacının ifraz etdiyi yuqlon maddəsi bir çox tərəvəz növlərinin, almanın,
böyürtkənin, ağ və qırmızı azaliyanın inkişafına ciddi maneə törədir. Tərəvəz bitkiləri
sırasında «yolagetməyən», digər bitkilərə mənfi təsir göstərən bitkilər vardır. Misal
olaraq razyananı göstərmək olar. Bu bitki pomidoru, lobyanın kolşəkilli formasını,
zirəni, noxudu paxlanı və ispanağı zədələyir.