176
Birinci qayda - qida maddələrinə yüksək və aşağı tələbatı olan növlərin birgə
yerləşdirilməsi.
Adətən, əsas bitki tələbkar bitkilərə aiddir və onu daha əlverişli qida şəraiti olan
cərgənin orta hissəsində yerləşdirmək lazımdır. Müşayiət edən bitki az tələbkardır,
onu cərgələrin kənarlarında və ya cərgə aralarına yerləşdirmək lazımdır.
İkinci qayda - kök sistemləri dayaz və dərinə işləyən bitkiləri yanaşı yerləş-
dirmək. Onlar qidanı torpağın müxtəlif qatlarından mənimsəyir.
Üçüncü qayda - formasına və qida sahəsinə olan tələbatlarına görə fərqlənən
bitkiləri birgə yerləşdirmək, bununla da işıq uğrunda rəqabəti azaltmaq.
Bu, əsas növün iri dağınıq gövdəli bitkilərini əlavə növün daha xırda
kip gövdəli
bitkiləri ilə növbələşdirir.
Dördüncü qayda - hündürlükləri müxtəlif olan bitkiləri növbələşdirmək.
Bir çox bitkilər küləyin təsirinə həssasdır. Onların vəziyyətini hündür boylu
bitkilərin cərgələri ilə mühafizə edərək xeyli yaxşılaşdırmaq olar (məs: paxla,
qarğıdalı).
Xiyar, yemiş, balqabaq, noxud, pomidor küləyə qarşı çox həssasdır.
Baş kələm, kahı və ispanağın həssaslığı orta dərəcədədir.
Soğanın bütün növləri və kökümeyvəlilər küləyə az həssasdır.
Ucaboylu bitkilərin digər vəzifəsi hədsiz qızmaya və birbaşa günəş şüalarına
həssas tərəvəzləri qismən kölgələndirməkdən ibarətdir.
Kahı və ispanaq kölgələnməyə daha böyük ehtiyac duyur. Qarğıdalı - xiyar,
pomidor, lobya, yemiş və balqabaq üçün küləyin qarşısını kəsən və aşağı yarusda
mikroiqlimi yaxşılaşdıran bitkidir.
Əlavələndirmə prinsipi qaydalarından suya və istiyə tələbatına görə bitkilərin
növbələşdirilməsi istisna edilir.
Bir sahədə suvarmaya eyni tələbatları olan bitkilərin becərilməsi tövsiyə olunur.
Suya nisbətən tələbkar olan bitkilərə bütün növ kələmlər və qabaqkimilər fəsilə-
sindən olan tərəvəzlər aiddir. Tələbatı az olanlar isə kahı, ispanaq, kökümeyvəlilər və
pomidordur. Soğanın
bütün növləri, noxud və lobya suya tələbkar deyil. Suya tələ-
batları müxtəlif olan bitkilərin birgə yerləşdirilməsi arzuolunmaz nəticələrə gətirib
çıxara bilər. Məs: çox zaman bu hal xiyar və pomidorun birgə yerləşdirilməsində baş
verir. Xiyar torpağın və havanın yüksək nəmliyi fonunda yaxşı inkişaf edir, lakin
pomidor belə şəraitdə göbələk xəstəlikləri ilə sirayətlənməsinə çox həssasdır. Bu,
eyni ilə istiyə olan tələbata da aiddir.
Sələf və növbəti bitkilərin erkən və gec əkinlərində soyuğa davamlı tərəvəz növ-
lərinin birgə yerləşdirilməsi tətbiq olunur. Bunlara ispanaq, xardal, kahı, tərə,
çuğundur, valerian, turp, paxla, noxud, yerkökü, cəfəri və daş kələm aiddir. Payızda
istifadə olunacaq tərəvəzlər yayın ortası və axırlarında səpilir. Şaxtaya davamlı
sortların əkini isə avqustun axırlarında aparılır. Yaxşı olar ki,
onlar birillik cavan
bitkilərin arasında yerləşdirilsin.
Sələf bitkilərinin yığımından sonra sahəni istiyə daha tələbkar olan əsas bitki
tutur. Bunlara xiyar, qabaq, yemiş, lobya, badımcan, pomidor, bibər, kartof və qarğı-
dalı aiddir. Tərəvəz növlərinin çoxunun soyuğa davamlılığı bilavasitə sortun özündən
əhəmiyyətli dərəcədə asılıdır.
177
Yetişmə müddətləri müxtəlif olan bitkilərin növbələşdirilməsi mövsüm ərzində
yaşıl məhsul konveyerinin yaradılmasına imkan verir. Xiyar, pomidor, kələm, balqa-
baq və s. kimi tərəvəzlərin tez və gecyetişən sortları vardır. Müxtəlif kələm sortları-
nın yetişmə müddəti 55-105 gündür. Elə tezyetişən bitkilər vardır ki, səpindən
məhsulun yığımına qədər olan vegetasiya müddəti 60 gündən artıq deyildir.
Bunlara
kahı, ispanaq, turp, xardal, şəkərli qarğıdalı, lobya, göy soğan, tərə və s. aiddir. Belə
bitkilərə yerkökü və çuğunduru da aid etmək olar.
Yetişmə müddətləri müxtəlif olan tərəvəzlərin becərilməsi seçim etmək üçün
imkanlar yaradır.
Erkən yazda hər hansı soyuğadavamlı tezyetişən bitkilərdən ispanaq, kahı, turp,
yerkökü səpmək olar. Onların yığımından sonra ləklərdə istiliksevən və tədricən
yetişən - pomidor və xiyar becərmək olar. Eyni sahədən məhsuldarlığı artırmaq üçün
ikinci bitkini birinci bitkinin məhsulu yığıldıqdan sonra səpmək lazımdır. Əkin üçün
inkişafının ilk dövrlərində çox yer tələb etməyən bitkilər seçilir.
Birinci bitkinin
yarpaqları hesabına yaradılan kölgələnmə və rütubətlik cücərən toxumların və cücər-
tilərin inkişafı üçün əlverişlidir. Yeni əkilən bitkiyə artıq işıq və yer tələb olunan
zaman əvvəlki bitki yığılmalıdır.
Tez yetişən tərəvəzləri (kahı, turp) tək sələf və növbəti bitki kimi yox, aralıq
bitkisi kimi də istifadə etmək olar. Onları əsas bitki hələlik çox yer tutmamış və tam
boya verməmiş dövrdə cərgəaralarına əlavə olaraq səpirlər. Aralıq bitki yığıldıqdan
sonra əsas bitkinin boy və inkişafı üçün əlverişli şərait yaranır.
Qəribə də olsa, ekoloji təsərrüfatda yalnız sadə zəhmət tələb edən idarəetmə
üsulları ilə eyni
sahədə növmüxtəlifliyindən, bioloji xüsusiyyətlərindən, səpin müd-
dətindən səmərəli istifadə etməklə (kənar vasitələr - gübrə və pestisidlərdən imtina)
bitkilərin sağlam inkişafına və ekoloji təhlükəsiz məhsul yetişdirilməsinə nail olmaq
imkanı yaranır.
Dostları ilə paylaş: