Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə205/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   201   202   203   204   205   206   207   208   ...   431
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 59. Qarışıq əkinlərin növləri 
 
Bu «mübarizə»nin əsasını  müxtəlif kimyəvi vasitələrin istifadəsi təşkil edir. Son 
illərdə yeni kimyəvi preparatların yaradılması zamanı onların  ətraf mühitə  mənfi 
təsirinin minimuma endirilməsi üzrə səylər göstərilir. Yeni piretroid (bitki) mənşəli 
kimyəvi preparatların torpaq və bitkidə nisbətən az toksiki izi qalsa da, zərərverici, 
xəstəlik və alaq otlarının yayılması probleminin qarşısını almır. Zərərli orqanizmlərlə 
bu «mübarizə»də qalib çıxmaq çox çətindir. Ona görə ki, onlarda istifadə olunan 
preparatlara qarşı davamlılıq (rezistentlik) yaranır. Nəhayət, başlıca mənfi təsir ondan 


 
179
ibarətdir ki, kimyəvi preparatların istifadəsi zamanı zərərverici və xəstəliklərlə yanaşı 
onların təbii düşmənləri də  məhv olur. Beləliklə, kimyəvi preparatların istifadəsi 
zamanı  təbii tənzimləmə prosesinin pozulması  nəticəsində  zərərli orqanizmlərin 
kütləvi surətdə çoxalması və yayılması baş verir. 
Sağlam mühit 
Ekoloji təsərrüfatçılıqda xüsusi və ya qeyri-adi sehrli təsirə malik mühafizə vasi-
tələri mövcud deyildir. Burada əsas məqsəd  bitkilərin zərərverici və  xəstəliklərlə 
zədələnməsinin minimuma endirilməsi üçün əlverişli şəraitin yaradılmasından ibarət-
dir. Bu məqsədə balanslaşdırılmış növbəli  əkin, uyğun sort seçimi, torpağın yerli 
şəraitə müvafiq və optimal müddətlərlə becərilməsi (laydırsız  şum), keyfiyyət 
göstəriciləri nəzərə alınmaqla hazırlanmış üzvi gübrələrin istifadəsi, o cümlədən də 
yaşıl gübrələrin tətbiqi, faydalı orqanizmlərin inkişafının dəstəklənməsi (canlı hasar, 
biomüxtəliflik) kimi tədbirlər xidmət edir. 
Sağlam torpaq 
Sağlam torpaq sağlam bitkinin inkişafı üçün zəmin yaradır. Canlı torpaq 
«antipatogen» potensial olaraq xəstəlikləri dəfetmə xüsusiyyətinə malikdir. Bu 
xüsusiyyətin realizə edilməsi üçün  becərilən bitkinin tələbatına uyğun olaraq torpaq 
kifayət miqdarda üzvi maddələr, həmçinin optimal aerasiya və su təminatı rejiminə 
malik olmalıdır. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin