6.2.2. Ekoloji kənd təsərrüfatında məhsulların istehsalında və saxlanmasında
istifadə olunan fitonsidlər
Azərbaycan Respublikasında iqlim şəraitinin müxtəlifliyi geniş çeşiddə kənd
təsərrüfatı bitkilərinin becərilməsinə şərait yaradır. Floranın biomüxtəlifliyi aqrose-
nozda zərərli faunanın da növ müxtəlifliyinə səbəb olmuşdur.
Digər tərəfdən 60-80-ci illərdə əhalinin maddi rifah halının yaxşılaşdırılması,
maddi-texniki bazanın möhkəmləndirilməsi üçün müxtəlif tədbirlər yerinə yetirilirdi.
Belə tədbirlərdən biri də zərərverici, xəstəlik və alaq otlarına qarşı pestisidlərin geniş
miqyasda tətbiqidir. Kənd təsərrüfatı bitkilərinin zərərli obyektlərdən mühafizəsində
kimyəvi mübarizənin ön plana çəkilməsi bir sıra problemlərin yaranmasına səbəb
oldu. Belə ki, müxtəlif təyinatlı pestisidlərin geniş sahələrdə tətbiqi biomüxtəlifliyin,
o cümlədən xeyirli faunanını məhv olmasına, məhsulda zəhər qalığının toplanmasına,
təbii ehtiyatların çirklənməsinə və ətraf mühitdə ekoloji tarazlığın pozulmasına şərait
yaratdı.
Kənd təsərrüfatında davamlı inkişafa, ekoloji cəhətdən təmiz məhsul istehsalına
nail olmaq üçün bioloji vasitələr tətbiq edilməlidir. Bu məqsədlə bioloji mübarizədə
mikrobioloji preparatlarla, entomofaqlarla yanaşı fitonsidlərə də geniş yer verilməli-
dir (əlavə 5-ə bax).
Müxtəlif bitkilərin müalicə xüsusiyyətləri çoxdan məlumdur. Ancaq fitonsid-
lərin mikroorqanizmlərə (viruslara, bakteriyalara, göbələklərə, ibtidailərə və s.) təsiri
ilk dəfə keçmiş sovet botaniki V.P. Tokin tərəfindən 1928-ci ildə aşkar edilmişdir.
Fitonsidlər (Fiton - bitki, sido - öldürürəm deməkdir) bakteriyalardan çiçəkli bitkilərə
qədər bütün floraya xasdır. İmmunitet sistemində fitonsidlər mühüm əhəmiyyət kəsb
edir.
Fitonsidlər iki qrupa bölünür:
• Uçuculuq qabiliyyəti olan fitonsidlər. Belə fitonsidlər bitkilərin yerüstü
orqanları vasitəsi ilə atmosferə, yeraltı orqanları vasitəsi ilə torpağa, su
bitkilərində isə suya ifraz olunur.
• Suda həll olan fitonsidlər. Belə fitonsidlər hüceyrənin protoplazmasında
mövcuddur. Onların bitkilərdən alınması (süni yolla) mümkündür.
Fitonsidlərə efir yağları, antibiotiklər, terpenlər, üzvi turşular, alkoloidlər,
fenollar, qlükozidlər, aşı maddələri, aldehidlər, qatranlar aiddir.
Hüceyrələrdə gedən maddələr mübadiləsi nəticəsində bitkidə ifrazat maddələri
yığılır. İfrazat məhsulları hüceyrələrin daxilində və ya ifrazat yerliklərində toplanır.
Onların xaricə ifraz olunmasında vəzili tükcüklər, adi vəzilər (qatran yolları, süd
boruları) və mexaniki zədələnmələr mühüm rol oynayır. Hüceyrənin daxilində
181
toplanan ifrazat məhsullarının təzyiqi ilə hüceyrələr bir-birindən aralanır və ifrazat
yerlikləri formalaşır. İfrazat vəziləri bitkinin müxtəlif orqanlarında (yarpaq, meyvə,
gövdə, kök, çiçək) əmələ gəlir.
Fitonsidin məhsulları (immunitetin vacib təbii amili kimi) metabolizmin (mad-
dələr mübadiləsinin) məhsuludur. Fitonsidlər istilik mübadiləsində (efir yağlı bitki-
lərdə), müxtəlif birləşmələrin sintezində (vitaminlər) iştirak edir. Bununla yanaşı,
fitonsidlər bitkilərə (yerüstü və yeraltı) zərər vuran mikroorqanizmiləri məhv etmək
qabiliyyətinə malikdir. Bitkinin tərkibindəki fitonsidin miqdarı bitkinin inkişaf
mərhələsindən, saxlanma müddətindən, becərildiyi torpaqdan asılıdır.
Zülal və karbohidratlar olan mühitdə fitonsidlərin fəallığı azalır. Bu da
fitonsidlərin tərkibində zülal və karbohidratların olmaması ilə bağlıdır.
Təqdim olunmuş materiallarda respublikanın florasında mövcud olan daha çox
fitonsidə malik bitkilərin, onların təsir etdiyi mikroorqanizmlərin adları göstərilmiş-
dir. Bununla yanaşı, bəzi bitkilərdən həlim və cövhərlərin alınma üsulları, tətbiq
sahələri haqqında ətraflı məlumat verilmişdir. Dərslikdə həmçinin ədviyyəli - ətirli
bitkilərin istifadə olunan orqanları (hissələri) barədə məlumatlar mövcuddur (əlavə 5-
ə bax)
|