6.2. Ekoloji əkinçilikdə zərərverici, xəstəlik və alaq otlarının idarə olunması Ekoloji təsərrüfatçılıqda zərərverici, xəstəlik və alaq otlarının idarə olunması yalnız kimyəvi mübarizə vasitələrinin bioloji vasitələrlə əvəz olunmasını yox, həm də «mübarizə» məfhumuna münasibətin dəyişməsini nəzərdə tutur. Məlumdur ki, xəstəlik törədicisi, adətən, zəif bitkiləri sirayətləndirir. Həyat
uğrunda mübarizədə güclü, sağlam bitkilər qalib gəlir, zəiflər isə məhv olur.
Təbiətin bitki səltənətində faydalı rol oynayan virus, bakteriya, göbələk, gənə və
həşərat növləri «sanitar polisi» funksiyasını yerinə yetirirlər. Kütləvi surətdə artaraq
məhsulun kəskin şəkildə aşağı düşməsinə səbəb olan orqanizmlər isə zərərverici və
xəstəlik kimi tanınmışdır.
Adətən, zəngin biomüxtəlifliyi sayəsində toxunulmamış təbiətdə zərərverici və
xəstəliklərin hədsiz dərəcədə çoxalması baş vermir, ona görə ki, onların miqdarı
təbii düşmənləri (yırtıcılar, tüfeylilər, mikrob-antaqonistlər və s.) tərəfindən nizam-
lanır. Odur ki, təbii ərazilərdə zərərli orqanizmlərin az miqdarda mövcudluğu prob-
lem yaratmır. Əksər hallarda problem təbiətin biomüxtəlifliyi haqqında qanunauğun-
luqlarını nəzərə almayan insan müdaxiləsi nəticəsində yaranır. Adi (konvensional)
kənd təsərrüfatı istehsalının ayrılmaz hissəsi olan «Bitki mühafizəsi» başlıca məqsəd
kimi zərərverici və xəstəliklərə qarşı «mübarizə»ni nəzərdə tutur.
178
Meyvə ağacları altında müxtəliflik Ləkdə müxtəliflik Mehriban qonşular Soğan və yerkökü Təsərrüfatda müxtəliflik