175
6.1.12. Qarışıq əkinlərin aqrotexnikası
Ekoloji təsərrüfatlarda qarışıq əkinlər bir cərgədə müxtəlif
bitkilərin yerləşmə-
sini nəzərdə tutmur.
Qarışıq əkinlərin əsas təyinatlarından biri - bütün mövsüm ərzində bir
bərabərdə təzə-tər tərəvəz əldə edilməsidir.
Buna isə yetişmə və səpin müddətləri müxtəlif olan (ardıcıl səpinlər)
bitkilərin
istifadəsi ilə nail olunur. Bir mövsüm ərzində eyni cərgədə əsas və növbəti sələf
bitkisi daxil olmaqla kiçik növbəli əkinlər həyata keçirilir.
İsti iqlim rayonlarında kiçik növbəli əkinlər üçün vegetasiya
müddəti uzun olan
daha əlverişli şərait mart ayından noyabr ayına qədərdir. Nə vaxt ki, əsas
bitkilər
yaxşı kök atır və tez inkişaf edir, o zaman lək tez azad olur. Əgər əsas və ya sonrakı
bitkini əvvəlcədən şitillikdə müəyyən inkişaf fazasına
qədər becərsək, bu üsulu soyuq
iqlim şəraitində də müvəffəqiyyətlə tətbiq etmək olar.
Bundan əlavə digər üsul da
mövcuddur. Yığılmamış bitkinin cərgə aralarına növbəti bitkinin toxumları və ya
şitilləri əkilir. Növbəti cavan bitkilər çox yer tələb etmir və bir neçə müddət, yəni
məhsul yığılana qədər əvvəlki bitkinin yanında inkişaf edə bilir. Cərgəarası azad olan
zamana yaxın əsas bitkilər yaxşı kök salmış olur və tez inkişaf edir.
Dostları ilə paylaş: