247
dəfə redaktə etdiyi standartları əsas kimi qəbul olunur və milli təşkilatlar öz
standartlarını onun əsasında hazırlaya bilər. Bəzi hallarda İFOAM-nın stardartları
bir sıra milli standartlara uyğun olaraq becərilmiş məhsulların
başqa ölkələrdə
idxalçılar tərəfindən qəbul olunub və olunmaması haqqında qərar vermək üçün
istifadə olunur. Fərdi istehsalçılar “İFOAM-nın standartları”na uyğun olaraq
istehsal edə bilmirlər,
ona görə ki, İFOAM özü inspeksiya və nəzarət planlarını
həyata keçirmir və heç vaxt keçirməyəcək, baxmayaraq ki, İFOAM milli nəzarət
planlarının qiymətləndirməsi sistemini hazırlayır.
Standartlar üzrə aparılmış bütün müzakirələrin
yekununda bir mühüm nəticə
əldə olunmuşdur. Bu nəticə qeyd edir ki, bir sıra milli hökumətlərin səylərinə
baxmayaraq standartlar son məhsulda kimyəvi qalıqların və ya başqa keyfiyyət
göstəricilərinin təyin edilməsini təmin etmir. Ekoloji məhsullar standartları istehsal
sisteminə əsaslanmalıdır – yəni yalnız belə olan halda ekoloji məhsul istehsalına
zəmanət verilə bilər. Eyni zamanda məhsulun üzərində onun
istehsal mənbəyini
təsvir edən dəqiq markalanma olmalıdır: məsələn, “ekoloji təsərrüfatçılıq
sisteminındə istehsal olunmuş” və ya “ekoloji üsullarla becərilmiş ərzaqlar” kimi
təsvirlər çox hallarda istehlakçıları aldatmaq üçün istifadə olunan “ekoloji ərzaq”
markalanmasına nisbətən daha az nəzəri cəlb etməsinə baxmayaraq, qarışıqlıq və
anlaşılmazlığa səbəb olmamaq üçün daha çox münasibdir.
Dostları ilə paylaş: