Dərman bitkilərindən dərman formalarının hazırlanması İlk növbədə qeyd edilməlidir ki, tibbdən fərqli olaraq, baytarlıqda dərman
bitkilərinin təbii formalarından istifadə olunması daha sərfəlidir. Çünki müxtəlif
əməliyyatlar (qaynatma, bişirmə, qurutma, üyütmə, təmizləmə, çeşidləmə) aparıl-
madan adicə xammaldan (yarpaq, xəzəl, çiçək, tumurcuq, kök, zoğ, toxum, meyvə)
həm yem əlavəsi, həm də dərman kimi istifadə etmək mümkündür. Lakin lazım
gələrsə, tibbdə işlədilən bir çox dərman formaları baytarlıqda da tətbiq oluna bilər.
Beləliklə, ekoloji baxımdan daha əlverişli sayılan təbii formaların hazırlanması
olduqca perspektivli istiqamət tapır. Tibbdə ən sadə dərman forması hesab edilən
toz isə texnoloji və metodiki baxımdan arxa plana keçir. Digər tərəfdən toz halında
istifadə o qədər məqsədyönlü sayılmır.
Dərman bitkilərindən çox vaxt dəmləmə, çay və pörtləmə kimi istifadə,
onların şirələrininin müalicəvi təsirilə izah olunur. Dəmləmə hazırlamaq üçün emal
qaba qoyulmuş kütlənin (yarpaq, çiçək, pöhrə, kök, toxum, meyvə) üzərinə su
tökülür və ağzı qapanaraq su hamamında (qaynar suda) 15-30 dəqiqə dəmdə
saxlanılır. Beləliklə, alınan şirə (ana məhlul) suya, yaxud yemə qatılaraq xəstələrə
verilir. Ferma şəraitində bir qədər sadə üsul daha münasibdir. Belə ki, emal qaba
götürülmüş yığıntının üstünə qaynar su töküb, qalın parçaya bükərək 5-6 saatlıq
dəmdə saxlamaq kifayətdir. Ekstrakt və cövhər hazırlamaqdan ötrü spirtdən (40-
70%) istifadə edilə bilər. Spirtli cövhərlərin başlıca üstünlüyü ondadır ki, onları
uzun müddət saxlamaq mümkündür və azacıq dozaları belə kifayət qədər
kəsərlidir.
Xammaldan asılı olaraq, müxtəlif bitkilərdən ibarət olan yığıntı və çay
tərkibləri də yaxşı cəhətdən özünü doğruldub. Yaş və ya qurudulmuş xammal xırda
doğranaraq alov üzərində dəm alana qədər saxlanılır. Hazır yığıntının həm də dəm-
ləmə, təpitmə, buğlama (buğavermə) kimi istifadəsi nəzərdə tutulur. Başqa müna-
sib dərman formalarından piydə, bitki və heyvan yağında hazırlanan məlhəmlərin,
həmçinin təzə çəkilmiş bitki şirələrinin şəfaverici xüsusiyyətlərindən də faydalan-
maq olar. Tibbdən fərqli olaraq baytarlıqda bitkinin ayrı-ayrı hissələri (kök, köməc,
budaq, qabıq, qoza, özək, pöhrə) doğranmış və ya toz halında işlədilə bilər.
Yarpaq, kökümsov, meyvəkök, meyvə, çiçək, toxum isə yaş və qurudulmuş
durumda xəstələrə yeridilir. Əgər bitkinin tamı acı və ya xoşagələn deyilsə, yemin
tərkibinə bir qədər biyan kökünün tozu qatılır.