Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə298/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   294   295   296   297   298   299   300   301   ...   431
 
 
 


 240
8.8.5. Yoluxmayan xəstəliklər 
 
Yoluxmayan xəstəliklər canlı orqanizmlərdən (bakteriya, göbələk, virus, qurd, 
gənə, həşərat) fərqli olaraq müxtəlif mexaniki, fiziki, kimyəvi təsirlərdən baş verir. 
Müxtəlif zədələnmələr, yanıqlar, donmalar, qəbizlik, ishal, zəhərlənmələr sağlam 
heyvanlara keçmədiyi üçün yoluxmayan xəstəliklərə aid edilir. Lakin ümumilikdə 
götürülsə, yoluxmayan xəstəliklərin xeyli qismi, yemləmə və yemlərlə əlaqədardır.  
 
1. Avitaminozlar  
Vitamin çatışmazlıqları içərisində A avitominozuna daha çox təsadüf edilir. 
Cavanlar xəstəliyə yaşlılara nisbətən daha həssasdır. Hətta boğaz heyvanlarda 
karotin çatışmazlığı, körpələrdə  və cavanlarda inkişafın, boyatmanının ləngiməsi 
həzm, tənəffüs və sinir sistemində müəyyən problemlər doğurur.  
Qoyunlarda görmə qabiliyyəti zəifləyir, xəstələr yeriyəndə  səndirləyir, 
donuqluq, süstlük, əzələ titrəməsi, əsməcəlik, boğulma əlamətləri özünü göstərir.  
Xəstələnmənin qarşısının alınmasında yemləmə, baxım, qulluq şəraiti mühüm 
əhəmiyyət kəsb edir. Kəsərli tədbirlərdən biri körpə-südəmər buzovlara sutkada 
300 ml karotin içirilir.  
D vitamini çatışmayanda sümüklər normal inkişafdan qalır, oynaqlar 
şişkinləşir, onurğa sütunu əyilir, qabırğalar kövrəkləşir, heyvan inkişafdan qalır, 
digər xəstəliklərə  həssaslıq artır. Xəstələrə D vitaminilə  zəngin olan balıq yağı, 
tabaşir, sümük unu,  balıqqulağı unu verilir. 
2. Yalama 
Adətən, quzularda müşahidə edilir. Xəstələr anasının yununu yalayır. 
Beləliklə, bağırsağa düşmüş yun topaları  həzmi çətinləşdirir, bəzən tıxac keçil-
məzliyə səbəb olur. Başlıca səbəb qismində boğaz qoyunların yem payında mineral 
maddələr və vitamin çatışmazlığı göstərilir. Doğuşdan sonra südün tərkibindəki 
çatışmazlıq vəziyyəti xeyli ağırlaşdırır.  Əmişə buraxılan quzular anaya hücum 
edərək, qarın  ətrafındakı yunu yalayır,  əmir, alıb çeynəyir. Nəticədə kala, sidiyə 
bulaşmış, mikroblarla sirayətlənmiş yun əlavə xəstəliklərə zəmin yaradır. Nədənsə, 
tədricən digər quzularda da bu, vərdiş halına keçir. Bəzən quzuların qursağında 
yemə qarışmış dəyirmi formalı kütlə (bezoar) əmələ gəlir. Nəticədə körpədə sancı 
əlamətləri fonunda, tənəffüs və ürək fəaliyyəti çətinləşir.  
Xəstəliyin  qarşısını almaq naminə yemlə sümük unu, daş düz (yalama), balıq 
unu, tabaşir verilir, sanitar-gigiyenik şəraitə diqqət yetirilir. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin