Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə297/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   293   294   295   296   297   298   299   300   ...   431
 
5. Qoturluq 
Qoturluq geniş yayılmış xəstəliklər içərisində özünəməxsus yer tutur. Geyiş-
mə sayəsində baş verən qaşınma, müxtəlif səbəblərdən irəli gəlir. Buraya vitamin, 
mineral çatışmazlığı, bəzi yoluxucu xəstəliklər aid edilir. Lakin söhbət gənələr 
tərəfindən törədilən qoturluqdan gedir. İri otlaq, yataq gənələrinə nisbətən, qotur-
luq gənələri olduqca xırdadır - adi gözlə baxanda toz boyda görünür, lakin diri 
hərəkətdə olanları seçmək mümkündür. Bütün məməli heyvanlarda, hətta quşlarda 
da təsadüf edilir. Davar, qaramal, camış, at, donuz, dovşanların hərəsinin özünə-
məxsus törədicisi var. Qoyunlar arasında daha geniş yayılıb. Kütləvi xəstələnmə 
halları  qışda qoyunlar yataqlara salınandan 2-3 həftə sonra baş verir. Yaz-yay 
aylarında, demək olar ki, nəzərə çarpmır.  
Xəstəliyin  əlamətləri

Yağışlı havalarda yataqda, xüsusən gecələr tikililərdə 
hava isinəndən sonra üzə çıxır. Heyvanlar dodağı, dili, dişi, dırnaqları ilə geyişən 
yerləri qaşımağa səy göstərir. Yun (tük örtüyü) yapıxır, dolaşır, kövrəkləşir, 
parlaqlığını itirir, asanlıqla yolunur. Tədricən dəridə  məskən salıb, yaşayan 
gənələr, onu zədələyir,  əvvəlcə qaysaq, sonra qərtmək  əmələ  gəlir. Yun tökülən 
yerlər dazlaşır (keçəlləşir). Heyvan həddən artıq narahat olur, toxtaya bilmir, 
yemdən qalır, arıqlayır. Qısa müddətdə  xəstəlik bütün sürünü (naxırı) bürüyür, 
insanların yoluxması da istisna edilmir. 
Qoruyucu tədbirlər sırasında, ferma daxilində heyvanların yerdəyişməsini 
məhdudlaşdıran tədbirlər, mühüm yer tutur. Kənardan gətirilən heyvanlar təcrid  
edilərək, bir müddət karantində saxlanılır. Xəstələr bir qayda olaraq ayrılaraq 
müalicəyə  cəlb olunur. Sınanmış  tədbirlər içərisində, qırxından sonra qoyunların 
vannalarda çimizdirilməsi xüsusi əhəmiyyət daşıyır. Mülayim havada çiləmə 
qurğuları vasitəsilə çimdirmə aparıla bilər. Məlhəm və linimentlər bir neçə başda 
müalicə aparmaq üçün yararlı sayılır. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin