Амин Бабайев, Вцгар Бабайев


Qan-parazitar xəstəlikləri



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə296/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   292   293   294   295   296   297   298   299   ...   431
4. Qan-parazitar xəstəlikləri 
Adından göründüyü kimi söhbət qanda məskən salıb, yaşayan parazitlərdən 
gedir. El arasında qızdırma, qansiymə, qanlı sidik xəstəliyi kimi tanınır. Əvvəllər 
piroplazmozlar, hemosporidiozlar adlandırılan bu xəstəliklər son zamanlar 
piroplazmidozlar adı ilə təqdim olunur. Qurdlardan tamamilə fərqlənir. Xəstəliyin 
törədiciləri birhüceyrəli-ibtidai mikroskopik parazitlərdir. Yoluxma yalnız 
qansoran otlaq gənələri vasitəsilə baş verir. Gənələr xəstə heyvanların qanını 
sorarkən, parazitlər orqanizmə keçir. Sonra həmin yoluxmuş  gənələr, parazitləri 
sağlam heyvanlar arasında yayır. Gənələr soyuqqanlı heyvanlar olduğundan, yalnız 
havalar isinəndə (yaz, yay, payız) fəallaşaraq, sahibinə daraşır. Doymuş-tox anac 
gənələr il ərzində 10-15 minə qədər yumurta tökərək, xəstəliyin yayılma ehtimalını 
xeyli artırır.  
Qan parazitlərinin növündən asılı olaraq piroplazmoz, babezioz və teylerioz 
xəstəlikləri ayırd edilir. Onların içərisində  kəskin gedişi, ağırlığı  və  gərginliyinə 
görə ən təhlükəlisi teyleriozdur. 
Xəstəliyin əlamətləri

Yoluxmanın ilkin əlamətləri yaz başı heyvanlar otlaqlara 
çıxarılndan sonra görünür. Donuqluq, əzginlik, sıxıntı  və sağımın azalmsı  şübhə 
doğurur. Tədricən sidiyin rənginin dəyişməsi, iştahanın kəsilməsi, qızdırma, gövşə-
yin fasilələrlə  dayanması, burun aynasının quruması nəzərdən yayınmır. Xəstələr 
yemə  məhəl qoymur, sağım heçə enir, arıqlıq heyvanı haldan salır, qəbizlik, 
təngnəfəslik müqavimət durumunun son həddə yanaşmasından soraq verir.  
Qabaqlayıcı  tədbirlər  sırasında otlaq gənələrinə qarşı mübarizə mühüm  
əhəmiyyət kəsb edir. Bu baxımdan, heyvanların buraxma kol-kosluq, alaqlı örüşdə 


 239
otarılması  vəziyyətin gərginləşməsinə  zəmin yaradır.  Əksinə,  əkmə otlaqlarda 
gənədaraşma ehtimalı minimuma enir. Ərazinin şumlanması, alaqdan, kol-kosdan 
təmizlənməsi gənələri yurd-yuvasından didərgin salır, törəyib-çoxalma imkanlarını 
məhdudlaşdırır. Gənələr  əleyhinə etibarlı mübarizə  tədbirlərinin  ən səmərəlisi, 
heyvanların vanna və duş qurğularında çimdirilməsidir. Son illərdə gənələrə qarşı 
kifayət qədər təsirli preparatlar sınaqdan çıxarıldığından, müvafiq seçim imkanları 
genişdir. Keçirici gənələr öz yerində, mübarizənin digər səmti qanda məskən 
salmış parazitlərdir. Əgər konkret vəziyyət nəzərə alınsa, xəstə heyvanların müali-
cəsi ön planda yer alar. Müvafiq parazitlərə qarşı çoxsaylı preparatların ən kəsərlisi 
seçilib tətbiq edilərsə, tələfatın qarşısını almaq mümkündür. Lakin bununla da 
arxayınlaşmaq düzgün deyil. Çünki ürək-qan-damar, sinir, tənəffüz sistemində 
həmçinin həzm yollarında baş verən sarsıntılar aradan qaldırılmadan, gözlənilən 
nəticələr alınmır. Odur ki, qızdırmanı  aşağı salan –  temperaturu nizamlayan, 
ürəyin, qandoğuran orqanların fəaliyyətinin nizamlanması, qəbizliyin aradan 
qaldırılması sağalma müddətini qısaltmağa, dirçəlişə etibarlı zəmanət verir.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin