5. Kolibakterioz Çox təsadüf edilən olmasa da, geniş yayılmış xəstəliklərdən sayılır. Bütün
kənd təsərrüfatı, ev heyvanları və quşlar xəstəliyə tutulur.
Kliniki əlamətləri. Digər heyvanlara nisbətən quşlar xəstəliyi çox ağır keçirir.
Cavanlar xəstəliyi ağır (iti formada), yaşlıları isə xroniki-yüngül keçirir.
Pipik göyərir, ishal əlamətləri görünür, anus ətrafı bulaşıqlı olur. İti gedişatlı
xəstəlik zamanı 3-4 gün ərzində, mülayim yoluxma şəraitində isə 2-6 həftədə xeyli
tələfat baş verir.
Mübarizə tədbirləri qismində təşkilati-təsərrüfat, zootexniki, baytarlıq, sanitar-
gigiyenik kompleksin tətbiqi vacib sayılır. Xəstələnmə təhlükəsini aradan qaldır-
maq naminə, vaksinasiya nəzərdə tutulur. Peyvəndlənmiş quşlar yoluxma şəraitin-
də belə xəstəliyə tutulmur. Ətraf mühitin, damların, axurların, fallıqların, suvat-
ların, gəzinti meydançalarının dezinfeksiyası mümkün təhlükəni sovuşdurmağa
zəmin yaradır. Fermada ən azı 2 ay müddətində yumurtaların inkubasiyası
planlaşdırılmır (dayandırılır).