Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə288/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   284   285   286   287   288   289   290   291   ...   431
8.8.3.
 
Quşların xəstəlikləri 
 
Quşların, xüsusilə toyuqkimilərin infeksion xəstəlikləri içərisində Marek 
xəstəliyi, çiçək, tif-pulloroz, pasterellyoz və kolibakteriozun geniş yayılması, ağır 
gedişatı və vurduğu iqtisadi ziyanın miqyasına görə başqalarından seçilir. 
 
1. Marek xəstəliyi 
Quşların ağırgedişatlı, virus xəstəliyi olmaqla, iti və klassik formaları ayırd 
edilir. Xəstələrin aqibəti, bir qayda olaraq, törədicisinin virulentliyi, yoluxmanın 
şiddəti və quşların həssaslığından asılıdır.  
 Klassik formada xəstəliyin inkubasiya (gizli) dövrü 13-15 gün çəkir. Virus 
sinir tellərinə soxularaq, iltihab prosesləri doğurur, ətraf və mərkəzi sinir sistemini 
iflic vəziyyətə salır, qanadlar, boyun və quyruğun təbii duruşu pozulur, gözlər 
bozardıqca korluq təhlükəsi artır.   
Qabaqlama və mübarizə  tədbirləri.  İnkubatordan çıxmış cücələr elə ilk 
günündə vaksinasiya edilir. Qeyri-salamat təsərrüfatlarda yumurtaların, yumurta 
yataqları (fallıqlar) və inkubator qurğusunun virusla sirayətlənməsinə qarşı 
yönəldilən tədbirlər ön plana çəkilməlidir.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin