Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə293/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   289   290   291   292   293   294   295   296   ...   431
8.8.4. İnvazion xəstəliklər 
 
Heyvan mənşəli tüfeylilər tərəfindən törədilən xəstəliklər bitki mənşəli 
infeksion xəstəliklərdən fərqli olaraq invazion xəstəliklərə aid edilir.  


 237
Bakteriya, göbələk, maya və viruslardan başqa, yoluxucu xəstəliklər qurdlar, 
gənə, həşərat və ibtidai heyvanlar tərəfindən törədilir.  İnvazion xəstəliklər 
içərisində ən geniş yayılanı və təsərrüfatlarda problem doğuranı qurd xəstəlikləridir 
(helmintozlar).  
İnfeksion xəstəliklərdən fərqli olaraq invazion xəstəliklər heyvan mənşəli 
parazitlər tərəfindən törədilir. Bəzən parazitar xəstəliklər adı altında təqdim olunur. 
Buraya ümumi qayda olaraq qurdlar, gənələr, cücülər (həşərat) tərəfindən törədilən 
xəstəlik aid edilir. Sayca çox olmasına baxmayaraq onlardan ölkə  ərazisində 
iqtisadi baxımdan fermerlərə narahatlıq verən və ciddi problemlər doğuran 
parazitar xəstəliklərə diqqət yetirilir.  
El arasında kəpənəkqurdu, soxulcan, qılqurd, bıyqurd adı ilə tanınır. Xarici 
görünüşü forması və qurluşuna görə yastı, yumru və başıtikanlı qurdlar ayırd edilir. 
Yastı qurdlar isə görkəminə uyğun olaraq yarpaqvarı  və lentşəkilli formada olur. 
Qurdlar həm də ölçüləri və ayrı-ayrı əlamətləri sayəsində həmcinslərindən seçilir. 
Ən xırda qurdlar adi gözlə görünməklə yanaşı, bəziləri nəhəng ölçülərə (8-10 m) 
malikdir. Qurdların  əksəriyyəti yumurta qoymaqla çoxalır. Lakin içərisində diri 
doğanlar, yəni süfrə doğmaqla çoxalanları da vardır. Qurdlar həm də nəsilvericilik 
qabiliyyətinə görə ciddi təhlükə doğurur. Nümunə üçün göstərmək olar ki, ayrı-
ayrı buğumlardan (600-800) ibarət olan lentvarı qurdlar gün ərzində 500 mindən 
artıq yumurta qoyur.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin