Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə294/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   290   291   292   293   294   295   296   297   ...   431
1. Fassiolyoz  
Bataqlıq, çeyillik, qamışlıq, qaynamalar, sızmalar olan nəmişli aran ərazilə-
rində daha geniş yayılıb. Xüsusən qoyunçuluğa və qismən də olsa, maldarlığa ciddi 
ziyan vurur. Yaşlı  və boğaz qoyunlar arasında yayın axırlarında, payızın 
əvvəllərində kütləvi xəstələnmə və qırğın halları müstəsna təhlükə doğurur. Ölmüş 
və  kəsilmiş heyvanların qara ciyərində 3-7 sm böyüklüyündə bozumtul-şabalıdı 
rəngli, yarpaqvarı qurdlar tapılır.  
Xəstəliyin  əlamətləri. Xəstəliyə tutulmuş heyvanların iştahası itir, halsızlıq, 
süstlük, ishal, sarılıq, köpmə  əlamətləri nəzəri cəlb edir. Alt çənədə sulu şişlər 
əmələ  gəlir. Yun parlaqlığını itirir, asanca yolunur. Günü-gündən arıqlayan hey-
vanların çoxu tələf olur. 
Qoruyucu tədbirlər. İlk növbədə, yoluxma təhlükəsini aradan qaldırmaq üçün 
qabaqlayıcı profilaktiki tədbirlər vaxtlı-vaxtında aparılmalıdır. Heyvanları xəstəlik-
dən qorumaq üçün sürünün şirin su ilbizləri məskən salmış  ərazilərdən 
uzaqlaşdırılması  ən təsirli tədbir sayılır. Qeyri-salamat otlaq-örüş-biçənəklərin 
vaxtaşırı  nəzərdən keçirilərək hasarlanması, çəpərlənməsi, təcrid edilməsi də 
yoluxma imkanlarını  məhdudlaşdırır. Xəstələnmiş heyvanlar sürüdən ayrılaraq 
müalicə edilir. Şübhəli ərazilərdən biçilmiş otlardan ən azı 6 aydan sonra yem kimi 
istifadə oluna bilər.  
2. Monizioz  
El arasında kəpənək adı ilə tanınan 4-5 m uzunluqda lentvarı qurdlar 
tərəfindən törədilir. Payızın qışa dönən ərəfəsində quzular arasında kütləvi qırğının 
başlıca səbəblərindən biridir. Xəstəliyin yayılmasında və baş verməsində, süngərli 
torpaq gənələri mühüm amil sayılır. 


 238
Xəstəliyin əlamətləri. İlk  əlamətlər əmlik quzular örüşə çıxarılandan 6-7 həftə 
sonra özünü göstərir. Heyvanda sancıdan havalanma əlamətləri görünür. Xəstələr 
iştahasız olur, yemə  məhəl qoymur, haldan düşür, arıqlayır. Bəzən bağırsaq 
keçməzliyi ağır nəticələr verir. Xəstə başını  ağrılı  tərəfə çevirir, ayağını yerə 
döyür, yeriyəndə səndələyir, uzananda çətinliklə qalxır.  
Qoruyucu tədbirlər. El arasında qurdqovan dərman qismində göydaş məhlulu, 
yovşan, ayıdöşəyi və qabaq tutmundan istifadə olunur.  
Örüşə çıxandan 40-45 gün sonra xəstələrə qurdqovan dərmanlar verilir, qalan 
heyvanlarda isə profilaktiki işləmələr aparılır.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin