Амин Бабайев, Вцгар Бабайев


Baytarlıqda dərman bitkilərinin tətbiqi



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə299/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   295   296   297   298   299   300   301   302   ...   431
 
8.8.6. Baytarlıqda dərman bitkilərinin tətbiqi 
 
Azərbaycan Respublikası iqlim müxtəlifliyi, münbit torpaqları ilə seçilən 
kifayət qədər su ehtiyatlarına malik zəngin ölkədir. Belə  əlverişli təbii-coğrafi 
şərait dərman bitkilərinin geniş yayılmasına  əlverişli zəmin yaradır. Yalnız onu 
demək olar ki, keçmiş Sovet məkanında qeydə alınmış 20 min növdən 4200 növü 
ölkəmizdə  aşkarlanıb. Hal-hazırda tibbi məqsədlər üçün işlədilən dərman bitkilə-
rinin 64%-nə Azərbaycanda təsadüf edilir. Ta qədim zamanlardan el arasında şəfa 
mənbəyi sayılan dərgil (itburnu), kəklikotu, qarğıdalı saçağı, mayçiçəyi, səhləb, 


 241
qantəpər, boymadərən, bağayarpağı, əvəlik, cökə, qatırquyruğu, qırxbuğum, südlə-
yən, yovşan, soğan və sarımsaqdan geniş istifadə olunur. Digər tərəfdən barlı-
bəhərli vətən torpağı Ulu Tanrının yaratdığı  əvəzsiz nemətlərin tərkibinin daha da 
zənginləşməsinə zəmanət verir. 
Lakin Azərbaycan alimlərinin dərman bitkilərinin botaniki tərkibi, kimyəvi və 
müalicəvi xüsusiyyətlərinin öyrənilməsində müstəsna xidmətlərindən hələlik 
kifayət qədər bəhrələnmirik. Tibbdə çoxdan sınanmış dərman vasitələrinin heyvan-
darlıqda tətbiqi isə indiyə qədər təsadüfi xarakter daşıyır. Təsadüfən itin, pişiyin, 
vəhşi  ətyeyənlərin  əməlli-başlı otlamasını görəndə buna möcüzə kimi baxılır. 
Əslində isə bitki adlarının xeyli qisminin - pişikotu, danaqıran, quşqonmaz, dəvə-
dabanı, ayıdöşəyi, dovşanalması, itboğan və öküzboğanın məhz heyvan mənşəli 
olması heç də təsadüfi deyil. Təcrübəli çobanlar otuxan quzuları yovşanlı sahələrdə 
otarır ki, onların qurdu tökülsün. Payız vaxtları  hətta yaşıl ota məhəl qoymadan, 
qoyunlar, acıtəhər söyüd və liqustrum yarpağını (xəzəli) elə  iştahla yeyir ki, 
niyəsini anlamaq çətin olur. Balqabağın tumunun qurdqovan təsiri çoxdan 
məlumdur. Lakin insanlardan fərqli olaraq, onu heyvanlara qabıqlı-qabıqlı, əzilmiş, 
doğranmış  və üyüdülmüş, toz (poroşok) halında yemlə qarışdırıb vermək 
məsləhətdir. Çox vaxt qızdırmalı heyvanlarda qəbizlik baş verəndə onlara bitki 
(çiyid, gənəgərçək, günəbaxan, qarğıdalı) yağı içirdilir. Maraqlı haldır ki, 
şalğamturp, bəlğəmotu, murdarça, ziyilotu, dovşandodaq, at əvəliyi də eyni 
xassəyə malikdir. 
Xüsusilə körpə  və cavan heyvanlarda müşahidə edilən ağciyər, tənəffüs 
yolları xəstəlikləri (sətəlcəm) və öskürək əleyhinə bəlğəmotu (gülxətimi), üçyarpaq 
yonca, lərgə, mürgüotu, cincilim sağalmanı xeyli tezləşdirir. 
Heyvanlar arasında ən çox təsadüf edilən xəstəliklər içərisində mədə-bağırsaq 
pozuntuları müxtəlif səbəblər üzündən baş verdiyindən, özəl yanaşmaya kəskin 
ehtiyac duyulur. Aparılan müşahidələr göstərir ki, xəstəliyə düçar olmuş heyvan-
ların bağayarpağı, baldırğan, gicitkən, isitməotu, yovşan, mollabaşı (çobanyastığı) 
bitən  ərazilərdə otarılması sayəsində ishal əlamətləri yaxın 2-3 gündə yox olub 
gedir.  Əgər adicə ishal tədricən selikli, qanlı ishalla əvəzlənirsə, dağnanəsi, dazı, 
razyana, çınqılotu, sarımsaq (sarımsaqlı qatıq) daha kəsərli sayılır. Kimyəvi və 
yemdən zəhərlənməyə  şübhə yaranarsa, zəif marqanes məhlulu, atlama, kömürlü 
su içirtmək, sabunlu su ilə imalə  əməliyyatı aparılmaqla ilkin baytar yardımı 
göstərilir. 
Sağlamlıq durumuna ciddi təsir göstərən amillərdən biri də heyvanlar arasında 
çox təsadüf edilən travmalar, zədələnmələr, yaralar və xoralardır. Birincisi, dəri 
örtüyünün zədələnməsi oraya düşən müxtəlif təhlükəli mikroorqanizmilərin 
orqanizmə keçməsini asanlaşdırır. Digər tərəfdən toxuma, damar və sinir tellərinin 
zədələnməsi, orqanizmin normal funksional fəaliyyət göstərməsində ciddi 
problemlər doğurur.  İrin  əmələgətirən, çürüdücü, toxuma və toxuma mayesilə 
qidalanan, patogen xassəli bakteriyalar sürətlə çoxalaraq, əvvəlcə qanın, sonra isə 
bütövlükdə heyvanın zəhərlənməsi riskini xeyli artırır. Nəhayət, ağırlaşma  əksər 
hallarda qanaxma və qan itkisi ilə müşayiət olunduğundan, gələcəkdə qarşısıalın-
maz fəsadlar törədir. Beləliklə,  əməli baytarlıqda işlədilməsi asan olan təbii 
vasitələrdən istifadə olunmasına ehtiyac yaranır. Türkəçarə  dərmanlar içərisində 


 242
qırxbuğum (yolotu, qızılçıq) xüsusi maraq doğurur. El təbabətində  təzə (tər) 
yarpaqlardan kəsik (cırıq, deşik) yaralardan axan qanı saxlamaq və  dəri xəstəlik-
lərində (çiban, sızanaq, ekzema, dermatit) iltihabı (hovlama) aradan qaldırmaq 
üçün təpitmə kimi istifadə edilir. Dəmlənməsi (həlimi, sıyığı) isə doğuşdan sonra 
və balalığın qanaxmaları zamanı  ən təsirli dərmanlardan geri qalmır. Müalicə 
çalarları baxımından dovşandodaq, gicitkən, nərgizgülü, qambatı, su bibərindən 
hazırlanan dava-dərmanların təsir dairəsinin bir qədər məhdud olmasına baxma-
yaraq tətbiqi kifayət qədər səmərəli sayılır.  
Mənşəyindən və səbəbindən asılı olmayaraq demək olar ki, bütün xəstəliklər 
zamanı ürək-qan-damar və sinir sistemi mütləq müəyyən təhdidlərə  məruz qalır. 
Odur ki, ürək-damar fəaliyyətini nizamlamaq naminə heyvana üskükotu, acıyonca, 
inciçiçəyi dəmlənməsi içirdilir. Bədənin müxtəlif nahiyələrində  əmələ  gələn sulu 
şişlərin çəkilməsi üçün ağcaqayın yarpağı, üskükotu, qatırquyruğu və  cəfəri 
kökünün dəmlənməsi məsləhət görülür. Sinir sistemində baş verən yorucu qıcıqları 
aradan qaldırmaq məqsədilə adi damotu (şirquyruğu,  şartlağan), pişikotu, 
boyaqgülü dəmləmə və ya doğranaraq yem halında xəstələrə verilir. 
Vitamin qıtlığı üzündən baş verən xəstəliklərin qarşısını almaqdan ötrü 
vitamin, xüsusən yaşıl yemlərlə təminat daimi nəzarət altında saxlanılır. Xəstəliyin 
müalicəsində yem payına əzilib xırdalanmış dərgil (itburnu), aloe (əzvay, maldili), 
yerkökü həmçinin vitaminlərlə  zəngin olan mətbəx qalıqları  və  sənaye 
tullantılarının qatılması, yaranmış vəziyyətdən ən münasib çıxış yoludur. 
Ancaq təbabətdən fərqli olaraq heyvandarlıqda  ərik, incil, nar, üzüm, sitrus 
bitkiləri, zeytun, alma, armud, qarpız, qoz ləpəsi, həmçinin bahalı  ədvalardan 
(zəfəran, zəncəfil, hil, darçın, mixək) istifadə iqtisadi cəhətdən baha başa 
gəldiyindən sərfəli sayıla bilməz.  İstisna hal kimi götürülərsə, həddindən artıq 
bahalı  dərmanlar yalnız ekzotik ev heyvanları  və yüksək məhsuldar heyvanların 
müalicəsində  tətbiq sahəsi tapır. Təbii ehtiyatların azlığından tədarük üsullarının 
çətinliyindən və maya dəyəri baxımından, hələlik dərman bitkilərinin geniş 
miqyasda tətbiqi mərhələrlə  həyata keçirilməlidir. Lakin aran bölgəsindən fərqli 
olaraq dağətəyi və dağlıq  ərazilərdə bitki örtüyünün zənginliyi, yaxın vaxtlarda 
fermerlər üçün müəyyən dayaq bazaları yaradılmasına imkan verir. Fermer 
təsərrüfatlarında ilkin maraq çərçivəsində körpələr arasında geniş yayılmış mədə-
bağırsaq və tənəffüs yollarının iltihabında, sınaqlarda özünü doğrultmuş vasitələrə 
üstünlük verilməsi daha məqsədyönümlü sayılır. Bəzi ot, kol və  ağac bitkilərinin 
tərkibindəki saysız-hesabsız kimyəvi maddələr orqanizmdə toplanaraq, qismən də 
olsa, qana, ətə  və  mənşəcə qanın təbii  məhsulu olan südə keçə bilər. Odur ki, 
gələcəkdə  ətin, südün orqanoleptiki (iyi, tamı, rəngi) göstəricilərinə mümkün 
təsirlərin qarşısı vaxtında alınmalıdır. Çünki quşçuluqda balıq yemlərinin, 
heyvandarlıqda silosun, senajın, jmıxın, sənaye qalıqlarının uzun müddətli tətbiqi 
heç də məqsədyönlü sayılmır. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin