Амин Бабайев, Вцгар Бабайев


Sənədlərin yoxlanıla bilməsi: sənədləşmə və uçot



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə325/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   321   322   323   324   325   326   327   328   ...   431
Sənədlərin yoxlanıla bilməsi: sənədləşmə və uçot 
 
Bütün lazım olan məlumatlar ekoloji  istehsalda sənədləşdirilməli və uçota 
salınmalıdır. Bu məsələ, əgər sizə lazım olarsa, daha ətraflı şəkildə izah edilə bilər.  
Sertifikatlaşdırılan istehsal sistemi üçün lazım olan məlumatlara aşağıdakılar 
daxil olmalıdır: 
•  Ekoloji təsərrüfatçılığa keçid üçün təqdim edilən torpaq üçün hər bir əkin 
sahəsi üzrə axırıncı üç ildə aqroximikatlar, sintetik gübrələr və standartda 
icazə verilməyən maddələrin tətbiqi haqqında ətraflı məlumat; 
•  Hansı  məhsullar, yaxud heyvanlar, hansı  ərazidə, yaxud otlaqda, hansı 
fəsildə istehsal olunub və nə qədər məhsuldarlıq əldə edilib; 
•  Sahələr üzrə mineral gübrələmə  və üzvi material üçün mənbə, növü və 
kompostlaşdırma üsulu; 
•  Zərərverici və  xəstəliklərlə mübarizə üçün istifadə olunan maddələrin 
mənşəyi və növü; 
•  Konteyner və qablaşdırma materiallarının standarta uyğun olması haqqında 
keçirilən inspeksiyanın qeydləri də daxil olmaqla təsərrüfat vahidinə 
gətirilən (həm ekoloji , həm də qeyri ekoloji ) bütün materialların mənşəyi, 
forması və miqdarı (Sertifikatlaşdırma Orqanı sahibkardan tələb edə bilər ki, 
təsərrüfatdakı məhsulların tərkibində Genetik Dəyişdirilmiş Orqanizmlər və 
onların törəmələrinin olmaması haqqında bəyanat imzalasın); 
•  Emal olunmuş məhsulların miqdarı və partiya nömrəsi daxil olmaqla ətraflı 
məlumatların olması imkan verir ki, emal sistemi vasitəsilə, yəni göndərilən 


 259
məhsullardan qəbul edilən məhsullara qədər inqredientlərin icazə verilən 
olub-olmaması yoxlanıla bilsin; 
•  Bütün sertifikatlaşdırılmış ekoloji  məhsulların satıldığı halda, çatdırılma 
tarixi, hansı növ məhsulun satılması və alıcı və ya müştərinin adı; 
•  Satın alınmış  məhsulların, öz məhsullarının, satılmış  və anbarda saxlanan 
məhsulların müntəzəm üzləşməsini əks etdirən qeydiyyatlar; 
•  Heyvandarlıqla məşğul olan fermerlər üçün (və uyğundursa arıçılar) reyestr 
formasında bütün heyvanların uçotu. Bu, təsərrüfata daxil olan heyvanlar 
haqqında hərtərəfli məlumat, yəni onların növü, mənşəyi, gətirilmə tarixi, 
ekoloji statusu, əgər varsa keçid dövrü, fərqləndirmə nişanı  və keçmiş 
baytarlıq müalicəsi haqqında  ətraflı  məlumat verəcək. Bu reyestr həmçinin 
təsərrüfatı tərk edən heyvanların yaşı, kəsim üçün çəkisi, fərqləndirmə nişanı 
və aparılacağı istiqamət haqqında məlumat verəcəkdir.  İtirilən bütün 
heyvanlar (hər hansı  səbəbə olursa olsun) da həmçinin orada qeyd 
edilməlidir; 
•  Heyvandarlıq üzrə fermerlərin hər hansı baytarlıq dərman preparatlarının 
istifadəsinə dair qeydiyyatlarına isə aşağıdakılar daxildir: 
1.  satınalma tarıxı; 
2.  preparatın adı və aktiv tərkib hissəsi, satın alınan miqdarı; 
3.  preparatın təchizatçısı; 
4.  müalicə edilmiş heyvanların fərqləndirilməsi; 
5.  müalicə alanların sayı; 
6.  diaqnoz; 
7.  doza; 
8.  müalicənin başlanma və qurtarma tarixi və həyata keçirilmə üsulu; 
9.  istifadə edilən preparatın ümumi miqdarı; 
10.  etiketin ömrünün uzunluğu və dərmanın orqanizmdən kənarlaşması üçün 
qanuni müddət; 
11.  həmin heyvan və yaxud onun məhsulunun ən tez satış vaxtı; 
12.  məhsulu idarə edən şəxsin adı.  
 
•  Heyvandarlıq üzrə fermerlərə yemə aid bütün məlumatlar, yemin növü 
daxil olmaqla (yemin bütün tərkib hissələri və satın alınmış inqredientləri 
daxil olmaqla), sərbəst gəzinti  ərazilərinə  çıxış müddəti, yemdə  tərkib 
hissələrinin quru maddə əsasında nisbəti və mənşəyi; 
•  Ekoloji təmiz məhsulların satışından əldə edilən gəlirlərin maliyyə hesabatı 
və  ticarət və/yaxud vergi hesabları ilə üzləşdiriləcək bütün satış qaimə-
fakturaları; 
•  Müştərilər və yaxud ictimaiyyətdən məhsullar, yaxud istehsalat sistemi 
haqqında edilən bütün şikayətlərin qeydiyyatı; 
 
Qeydiyyatlar bu standartın tələblərinə cavab verə bilmək üçün kifayət qədər 
anlaşıqlı olmalıdır və minimum beş il saxlanmalıdır. Tələb olunan mühasibatlıq 
sistemi haqqında qısa məlumat (məs. faylların yerləşməsi, yenilənmə tezliyi).  
 


 260

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   321   322   323   324   325   326   327   328   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin