Амин Бабайев, Вцгар Бабайев


kənd təsərrüfatı hərəkatının



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə76/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   72   73   74   75   76   77   78   79   ...   431
kənd təsərrüfatı hərəkatının sürətlənməsinə və genişlənməsinə zəmin yaradırdı.   
Belə  şəraitdə fermerlərə böhran vəziyyətindən çıxmaq üçün alternativ 
variantı olmayan yeganə  çıxış yolu əsrlərin sınağından keçmiş torpaq 
istifadəçiliyində ata-baba üsul və  ənənələrinə qayıdış idi. Yaranmış  vəziyyət 
respublikada ekoloji kənd təsərrüfatı  hərəkatının pionerləri olan qeyri-hökumət 
təşkilatlarının azsaylı nümayəndələrinin və ayrı-ayrı alimlərin cəhdlərinə  təkan 
verdi. 
Azərbaycanda ekoloji kənd təsərrüfatı ideyasının ilk daşıyıcısı  və bu 
hərəkatın banisi Gəncə Aqrobiznes Assosiasiyası (GABA) oldu və 1998-ci 
ölkəmizdə bu hərəkatın əsası qoyuldu.  
Təsərrüfatçılıqda hələ də hökm sürən «sovet» idarəetmə təfəkkürü o dövrdə 
ekoloji kənd təsərrüfatı  hərəkatının inkişafı  və genişlənməsinə güclü mənfi təsir 
göstərən amil idi. Yaranmış  vəziyyət GABA-nın intellektual və informasiya-
resurs potensialının cəlb olunması vasitəsi ilə, eləcə də Avrasiya Fondu, Avalon 
Fondu,  İCCO, EED, EPER, CİMMYT kimi tanınmış beynəlxalq təşkilatlarla 
davamlı qarşılıqlı  əməkdaşlıqda  əldə edilmiş  təcrübəyə  əsaslanaraq çoxsaylı 
treninqlərin, seminarların, konfransların, nümayiş tarlalarının və digər təsirli 
tədbirlərin həyata keçirilməsi yolu ilə  əhalinin müxtəlif təbəqələri arasında, 
xüsusilə  də fermerlər üçün məqsədyönlü təhsil proqramlarının həyata keçiril-
məsini başlıca vəzifə kimi qarşıya qoydu.   
Son 10 il ərzində reallaşan bu tədbirlərdə hər il 500-dən 1000 nəfərə qədər 
insan, o cümlədən fermerlər, emalçılar, sahibkarlar, kənd təsərrüfatı üzrə çoxsaylı 
Elmi-Tədqiqat  İnstitutlarının  əməkdaşları, ali təhsil ocaqlarının alimləri və 
tələbələri, müvafiq nazirliklərin məmurları, parlamentin üzvləri, dövlət idarəetmə 
orqanlarının və QHT-lərin nümayəndələri iştirak etmişdir.  
Azərbaycandakı mövcud şərait bu gün Ekoloji Kənd Təsərrüfatı Hərəkatının 
genişlənməsinə müsbət təsir göstərən amilləri aşağıdakı kimi səciyyələndirməyə 
imkan verir: 
-  ekoməhsulların müxtəlifliyini şərtləndirən torpaq-iqlim şəraitinin müxtəlifliyi
-  ölkənin əlverişli geosiyasi mövqeyi;  
-  aztorpaqlı təsərrüfatların say üstünlüyü (873 min ailə təsərrüfatı); 
-  kimyəvi vasitələrdən istifadə imkanlarının məhdudluğu; 
-  IFOAM və digər beynəlxalq təşkilatlarla sıx əlaqələr (uzunmüddətli əməkdaş-
lıq üzrə sabit tərəfdaşlıq);  
-  ekoməhsulların beynəlxalq sərgi-yarmarkalarında təqdim olunması; 
-  Avropa ölkələrində  təcrübə keçmiş yüksək ixtisaslı trenerlər, ekspertlər   və 
məsləhətçilərdən ibarət kifayətedici daxili kadr potensialı; 
-  məsləhət xidmətinin müasir tələblərə uyğun informasiya-resurs və maddi-
texniki bazası; 
-  «AZEKOSERT» sertifikatlaşdırma orqanı  və  «Ətraf mühitin və torpağın  
ekoloji monitorinqi» laboratoriyası; 
-  ölkənin 7 rayonunda dayaq məntəqələri və biznes-resurs mərkəzləri;  


 
73
-  2 regionun 5 rayonunda nümayiş tarlaları; 
-  «Ekoloji Kənd Təsərrüfatı» aylıq jurnalı;  
-  2007-ci ildə AKTA-da (hazırkı ADAU-da) «Ekoloji kənd təsərrüfatı 
menecmenti» ixtisası üzrə ilk tələbə qəbulunun həyata keçirilməsi
-  2008-ci ilin iyun ayında Milli Məclisdə «Ekoloji Təmiz Kənd Təsərrüfatı 
haqqında Qanun»un qəbulu; 
-  25 avqust 2008-ci il tarixində «Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında 
Qanun»un Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 
qüvvəyə minməsi; 
-  ölkəmizin dünya iqtisadiyyatına sabit inteqrasiyası; 
-  Azərbaycan Prezidenti İ.Əliyevin ekoloji məhsul istehsalını ölkə  kənd 
təsərrüfatının pioriteti elan etməsi (1 mart 2011-ci il) 
10 saylı  cədvəldə verilən məlumatlar ölkəmizdə ekoloji kənd təsərrüfatının 
mövcud vəziyyətini əks etdirir. 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin