74
1. Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 1999-cu il tarixli 730
saylı fərmanı ilə təsdiq olunmuş və bununla da Azərbaycanın qanunvericilik
bazasının bir hissəsinə çevrilmiş «Avropanın canlı təbiətinin və təbii mühi-
tinin qorunması haqqında» Avropa Konvensiyası.
2. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2003-cü il tarixli 1152 saylı
fərmanı ilə təsdiq edilmiş Davamlı İnkişaf üzrə Azərbaycan Respublikasının
Milli Proqramı. Bu proqramın əsasını BMT-nin Rio-de-Janeyroda keçirilmiş
Ümumdünya sammiti tərəfindən «Davamlı inkişaf haqqında» konsepsiyaya
uyğun olaraq qəbul olunmuş «XXI Əsrin Gündəliyi» deklarasiyası təşkil edir.
3. Azərbaycan Respublikası Prezidentinin 14 mart 2006-cı il tarixli 829 saylı
fərmanı ilə təsdiq olunaraq qüvvəyə minmiş «Bioloji müxtəliflik haqqında»
BMT Konvensiyası.
4. Azərbaycan Respublikası Prezidenti tərəfindən 24 mart 2006-cı il
tarixində
təsdiq olunaraq qüvvəyə minmiş «Biomüxtəlifliyin Qorunması və Davamlı
İstifadəsi üzrə Azərbaycan Respublikasının Milli Strategiyası və Fəaliyyət
Planı».
Maarifləndirmə və təhsil ekoloji kənd təsərrüfatı sistemində olduqca mühüm
yer tutur. Fermerlərdə yeni vərdiş və bacarıqların formalaşması və ekoloji kənd
təsərrüfatının praktiki tətbiqi üzrə onlarda xüsusi idarəetmə qabiliyyətlərinin
inkişaf etdirilməsi, ilk növbədə, təhsil ilə bağlıdır.
Son 10 il ərzində Gəncə Aqrobiznes Assosiasiyası bu sahədə təhsilin çevik
modelini işləyib hazırlayaraq təcrübədə müvəffəqiyyətlə tətbiq edir. Təhsil
modelin məqsədi aşağıdakılardan ibarətdir:
- fermerlərin praktiki biliklərinin artırılması;
- yeni məsləhətçilərin hazırlanması;
- gənclər arasında ekoloji təfəkkürün formalaşması;
- əhalinin müxtəlif ictimai qruplarının
maarifləndirilməsi;
- qaçqın və məcburi köçkün icmaları ilə mütəmadi iş.
Təhsil kontingenti aşağıdakı məqsəd qruplarına bölünmüşdür:
-
fermerlər;
-
kənd təsərrüfatı mütəxəssisləri (regionlar və rayonlar);
-
dövlət məmurları;
-
ADAU və 14 sahə Elmi-Tədqiqat İnstitutlarının kontingenti;
-
gənclər;
-
sahibkarlar və iş adamları;
-
ümumtəhsil məktəblərinin və QHT-lərin kontingenti.
Təhsil prosesində interaktiv üsullar və vasitələrdən istifadə olunur. Treninq-
lərin modulu və tədris-metodiki materialları beynəlxalq ekspertizadan keçmiş və
dünya standartlarına müvafiqdir (tədris materialları, elmi-metodiki vəsaitlər,
prezentasiyalar, stendlər, filmlər, 25 adda 500-ə qədər broşura və s.).
Məqsəd qruplarının formalaşması və təhsilin təşkili üçün xüsusi metodikadan
istifadə olunur.
İlk növbədə, ekspres-sorğuların keçirilməsi
vasitəsilə qrupun tərkibinin,
xüsusilə də qadınların və gənclərin kənd təsərrüfatında mövcud olan ekoloji prob-
lemlər və təbiətin qanunları haqqında ilkin məlumatlarının olması, torpaq münbit-
75
liyinin və bitki mühafizəsinin idarəolunmasında istifadə etdikləri üsul və vasitələr,
istehsal etdikləri məhsulun ekoloji təmizliyinə onların münasibəti və digər müva-
fiq məsələlərə aydınlıq gətirilir. Bununla yanaşı AZEKOSERT-in mütəxəssiləri
ilə birgə qrup üzvlərinin istehsal sahələrinin ekoloji qiymətləndirilməsi həyata
keçirilir (təsərrüfat ərazisinin ekostandartların tələblərinə uyğun
olaraq sənaye
obyektlərindən, dəmiryollarından və nəqliyyat şoselərindən, ekoloji gərgin
mənbələrdən müvafiq məsafədə yerləşməsi və s.).
Bir qayda olaraq diskussiya formasında keçirilən treninqlərdə qapalı istehsal
silsiləsi çərçivəsində (kənar vasitələrin minimum istifadəsi şərtilə bitkiçilik və
heyvandarlığın qarşılıqlı inkişafı) ekoloji üsullardan və vasitələrdən (növbəli əkin,
yaşıl gübrələr, mulça, peyin, kompost və s.) səmərəli istifadə etməklə torpağın
təbii münbitliyinin idarəolunması, yerli şəraitə uyğunlaşmış biomüxtəlifliyin
yaradılması və inkişafı, zərərverici və xəstəliklərə nəzarət (növbəli əkin, davamlı
sortlar, qarışıq əkinlər, canlı hasar və faydalı entomofaunanın inkişafı və çoxal-
ması üçün digər əlverişli bitki örtüyü, fitonsidlər) məsələləri müzakirə olunur.
Ayrı-ayrı məqsəd qruplarının təhsili üçün qarşıya qoyulmuş məqsəd və
vəzifələrdən asılı olaraq müxtəlif tədris proqramları işlənib hazırlanmışdır:
1. Qısamüddətli treninq proqramı (2 gün). Məqsəd – fermerlərdə ekoloji kənd
təsərrüfatına marağın oyanması və EKT-nin əsas
prinsiplərinin onlara
çatdırılması.
2. Ortamüddətli treninq proqramı (2 həftə). Məqsəd – ekostandartların
tələbləri əsasında fermerlərə praktiki bilikləri öyrətmək.
3. Uzunmüddətli treninq proqramı (4 həftə). Məqsəd – keçid dövründə olan
fermerlərə ekoloji kənd təsərrüfatının əsaslarını öyrətmək.
4. İş stajı olan kənd təsərrüfatı mütəxəssisləri üçün treniqlərin proqramı
(1 həftə). Məqsəd – ekoloji kənd təsərrüfatı sahəsində yeni məsləhətçilərin
hazırlanması.
5. Dövlət məmurları üçün treninq proqramı (2 gün). Məqsəd – onların ekoloji
kənd təsərrüfatı üzrə Avropa Birliyinin qanunvericiliyi və dünya standart-
ları ilə tanış olmaları.
6. Gənclər üçün treninq proqramı (3 gün). Məqsəd – gənc nəsildə ekoloji
təfəkkürün formalaşması.
7. Ali
təhsil müəssisələri, elmi-tədqiqat institutları və Qeyri-Hökumət Təşki-
latları kontingenti üçün treninq proqramı (5 gün). Məqsəd – onlara ekoloji
kənd təsərrüfatı hərəkatının genişləndirilməsi metodikasını öyrətmək.
8. Sahibkarlar və iş adamları üçün treninq proqramı (4 gün). Məqsəd – onlara
ekoloji kənd təsərrüfatının iqtisadi əsaslarını - ekoməhsulların maketinqini
öyrətmək.
9. Ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının alimləri və elmi
işçiləri üçün seminarlar proqramı (3 gün). Məqsəd – onlara ekoloji kənd
təsərrüfatı sistemində elmi tədqiqatların təşkili üzrə metodikanın və
vəzifələrin müzakirəsi.
Bu gün Azərbaycanın genişlənən ekoloji kənd təsərrüfatında 332
fermer
təsərrüfatı fəaliyyət göstərir. Bu sırada 11 fermer birliyi keçid dövrünü başa
76
çatdırıb və hazırda onlar beynəlxalq sertifikat almaq üçün Avropa sertifikatlaş-
dırma orqanları tərəfindən monitorinqin keçirilməsi mərhələsindədir.
Dostları ilə paylaş: