Qabaqtəpə arı populyasiyası. Qabaqtəpə arıları yerli iqlim şəraitinin təsiri nəti-
cəsində meydana gəlmişdir. Bu arı populyasiyası Daşkəsən rayonunun Qabaqtəpə
kəndində yarandığına görə ona Qabaqtəpə arısı deyilir.
Qabaqtəpə arıları açıq-boz rəngdədir, qarın nahiyyəsində sarı həlqələri yoxdur.
Arının bədəni boz tüklə örtülü olur. Onun qarın nahiyyəsi yandan və aşağıdan gümü-
şü rəngə çalır. Ananın qarnı tutqun-qəhvəyi rəngdə olur. Bel yarımhəlqəsi tutqun,
qarın yarımhəlqəsi isə açıq-qəhvəyi rəngdə olur. Ayaqlarının müəyyən hissəsi tutqun
rəngdən açıq-qəhvəyi rəngədək dəyişir. Arılar uzun xortumludur. Xortumun uzun-
luğu 6,9 mm-ə çatır.
Qabaqtəpə arıları başqa Qafqaz arıları kimi sancmağa həris deyillər. Bu arılar
beçə verməyə az meyillidir və yazda sürətlə inkişaf edir. Ana arı sutkada 2000-dək
yumurta qoya bilər.
Bu arı populyasiyası başqa arılara nisbətən uçuşa tez başlayır, gec qurtarır. Bu
xüsusiyyət onların məhsuldarlığı üçün əsas şərtlərdən biridir.
Ümumiyyətlə, Qabaqtəpə arılarının Bozdağ və Qafqaz arı cinslərinin əsas
müsbət cəhətlərinin özündə cəmləşdirib, sürətlə artma qabiliyyətinə, qışı yaxşı
keçirmə xüsusiyyətinə və yüksək məhsuldarlığa malik olması bu arıların təkcə
Azərbaycanda deyil, qonşu ölkələrdə də yayılmasına səbəb olmuşdur.