Baxışın məqsədi: Arı ailəsinə səbəbsiz baxış keçirilməməlidir. Arı ailəsinə
baxışın məqsədi onun vəziyyətini öyrənmək, baş vermiş çatışmazlıqları vaxtında
aşkara çıxarıb aradan qaldırmaq və ailənin normal inkişafını təmin etməklə
məhsuldarlığını artırmaqdan ibarətdir.
Baxışa hazırlıq:Bunun üçün arıçılıq mövsümünə qədər tüstü körüyü, üz toru, iş
paltarı, iş qutusu, çərçivə qutusu, yem qabları, arıçı iskənəsi, əlüzyuyan, dəsmal,
sabun, dezinfeksiya vasitələri, arıxana, qeydiyyat üçün jurnal və pətək üçün nəzarət
tərəzisi əldə etmək lazımdır.
Çərçivənin şanlanması, hörülmüş şanlar (boş, bal və güləm ehtiyat şanlar),
arıları yemləmək üçün şəkər, zəruri dərman preparatları, istiləşdirici material və s.
hazırlamaq lazımdır.