228
- yemin miqdarına;
- sürfələrin miqdarına;
- arı yuvasının ümumi vəziyyətinə (rütubətliyi, kifin olub-olmaması, ayaq
işləməsinin izi).
Arı ailələrinə ötəri baxış zamanı anasız qalmış ailələr üzə çıxarsa, onlara
mayalanmış yeni ana arının verilməsi vacibdir.
Anasız ailələrə yeni ana arının verilməsi. Arı ailəsinə təzə ana arı verilməzdən
əvvəl yuva diqqətlə yoxlanılmalıdır. Əgər ana yaxın zamanda
tələf olubsa və yuvada
təzə ana arı yetişirsə, onu məhv etmək lazımdır, əks halda ailə təzə verilən ananı
qəbul etməyib öldürər.
Ailələrə təzə ana arı verməzdən əvvəl onlara 3-6 saat vaxt verilir ki, yetimliyi
hiss etsinlər. Bu halda içərisində ana arı olan qəfəs çərçivələrin arasına yerləşdirilir.
Yaxşı olar ki, ana verilən ailənin çərçivəsində olan baldan qəfəsə sürtülsün. Qəfəsi
yuvada elə yerləşdirmək lazımdır ki, ana özünə lazım olan yemi pətəkdə olan bal
yuvalarından götürə bilsin. Ailəyə verilən ana arı qəfəsdə 1 gün qaldıqdan sonra,
səhəri onu qəfəsdən azad etmək olar. Qəfəsdən ana arını azad
etmək üçün qəfəsin alt
boş hissəsi açılır və ora süni şan qoyulur. Arılar özləri həmin şanı gəmirərək ananı
qəfəsdən azad edir.
Bundan 2-3 gün sonra ailəyə nəzər yetirilir, ananın vəziyyəti və fəaliyyəti
yoxlanılır.
Zəif arı ailələrinin birləşdirilməsi. Əgər anasız ailə zəifdirsə, oraya təzə ana ver-
məyin mənası yoxdur. Onu yaxındakı ailə ilə birləşdirmək lazımdır. Anasız
ailənin
arıları başqa ailə ilə birləşdirildikdə anasız arıların miqdarı birləşdiyi ailənin arıların-
dan miqdarca çox olarsa, onlar orada olan ananı öldürə bilərlər. Birləşdirilmiş arı
ailələri arasında mübarizə olmasın deyə onlara eyni iy verirlər (kamfora ilə isladılmış
parça ilə) çox hallarda birləşdirilən ailələrdə birləşmədən əvvəl ana çıxarılır və ailə-
lərə bal məhlulu çiləndikdən sonra ora təzə ana arını verirlər. Ailələri birləşdirmək
üçün ən münasib vaxt gecə hesab olunur.
Yaz mövsümü ilə əlaqədar olaraq cari işlərin vaxtında və düzgün görülməsi,
zəif
ailələrin birləşdirilməsi, anasız ailələrə yeni ananın verilməsi və s. tədbirlər
nəticəsində arı ailələrinin məhsuldarlığı 20-25% yüksəlir.
Dostları ilə paylaş: