6. Leptospiroz Leptospiroz təbiiocaqlı infeksion xəstəlik olub, heyvanlarda temperaturun
yüksəlməsi, sarılıq, mədə-bağırsaq sisteminin atoniyası və balasalma ilə səciyyə-
lənir. Xəstəliyə insanlar da tutulur.
Yoluxma, adətən, otlaq dövrü heyvanlar bataqlıq və durğun sulardan istifadə
edən yerlərdə müşahidə olunur. Yoluxma mənbəyi kənd təsərrüfatı heyvanları və
vəhşi heyvanlar (xüsusilə gəmiricilər) leptospirlərin ətraf mühitdə yayılmasına
zəmin yaradır.
Xəstəliyə iri buynuzlu heyvanlar və donuzlar həssasdır. Xəstəliyə eləcə də
atlar, itlər və xəzdərili heyvanlar da tutulur.
Kliniki əlamətləri.Gözün selikli qişasında, dodaqlarda, diş ətində, təndə,
paçaarası nahiyədə sarılıq nəzərə çarpır. Burun aynasında qan sağıntıları, qanlı
sidik ən səciyyəvi əlamət sayılır.
Qabaqlama tədbirləri.Damazlıq məqsədləri üçün kənardan gətirilən
heyvanlar kliniki və gəmiricilər olan yerlərdə su mənbələri, bakterioloji
müayinədən keçirilir, balasalma və balanın ölü doğulması hallarına ciddi nəzarət
qoyulur. Belə hallar baş verdikdə mütləq baytar həkiminə xəbər vermək lazımdır.
Profilaktikası.Tədbirlər planına uyğun olaraq, leptospiroz əleyhinə
vaksinasiya aparılır.