2. Pasterellyoz Ev və vəhşi quşlar arasında ciddi təhlükə doğuran xəstəliklərdən sayılır. El
arasında xirtdik və xortlama adı ilə tanınır.
Yumurtalıq və ətlik cinslərlə yanaşı, hind toyuğu, qaz, ördək, kəklik, qırqovul,
turac və digər vəhşi quşlar da xəstəliyə tutulur. Cavan quşlar 80-120 günlüyündə,
ördəklər isə 40-50 günlüyündə xəstələnməyə daha meyilli olur.
Kliniki əlamətləri. Xəstəlik iti və xroniki gedişatına görə fərqlənir - ümumi
halsızlıq, süstlük, mürgüləmə fonunda pipik və tanalar göyərir. Kütləvi yoluxma
diqqətdən yayınmır. Bir qayda olaraq, kök, cantaraq, bordanmuş quşlar arasında
tələfat geniş miqyas alır. Burun dəliklərindən, ağızdan yapışqanlı, bəzən qan
qarışıq selik axır, temperatur 43C
0
-yə qədər yüksəlir. Xəstələnmə dövrü bir neçə
saat, ən geci isə 3-4 gün çəkir. Xəstələrin 30%-i çıxdaş vəziyyətinə düşür.
Qabaqlayıcı tədbirlər. Ən kəsərli tədbir xəstələrin kökünün kəsilməsi, başqa
sağlam təsərrüfatdan gətirilmiş quşlarla əvəz etməkdən ibarətdir. Xəstələnmə
təhlükəsini aradan qaldırmaq naminə aktiv peyvəndləmə aparılır.