236
3. Quşların taunu
Təmas yolu ilə asanlıqla yayılan virus xəstəliyidir.
Toyuqlardan başqa hind
toyuqları, tovuz quşları, göyərçinlər, kəklik, turac, qırqovul, bülbül
də xəstəliyə
tutulur. Qaz və ördəklər arasında yoluxma nadir hadisə sayılır.
Səciyyəvi əlamətlər qismində pipik, tanalar, burun dəlikləri və göz qapağında
çiçək səpişmələri (ocaqları) əmələ gəlir. Bəzən belə xora ocaqları yuxarı tənəffüs
yolları və ağız boşluğunda da tapılır. Çox vaxt
xəstə quşlarda taun başqa
xəstəliklərlə yanaşı (ikiləmə, qoşalama) infeksiya kimi büruzə verir.
Dəqiq diaqnoz qoymaq üçün səciyyəvi əlamətləri
təkrar nəzərdən keçirmək
kifayətdir.
Qabaqlayıcı tədbir olaraq, vaksinasiya aparılır. Payız aylarında
müvafiq
profilaktiki
tədbirlər görülməlidir ki, birdən-birə gərginlik yaranmasın.
Dostları ilə paylaş: