8.8.3. Quşların xəstəlikləri Quşların, xüsusilə toyuqkimilərin infeksion xəstəlikləri içərisində Marek
xəstəliyi, çiçək, tif-pulloroz, pasterellyoz və kolibakteriozun geniş yayılması, ağır
gedişatı və vurduğu iqtisadi ziyanın miqyasına görə başqalarından seçilir.
1. Marek xəstəliyi Quşların ağırgedişatlı, virus xəstəliyi olmaqla, iti və klassik formaları ayırd
edilir. Xəstələrin aqibəti, bir qayda olaraq, törədicisinin virulentliyi, yoluxmanın
şiddəti və quşların həssaslığından asılıdır.
Klassik formada xəstəliyin inkubasiya (gizli) dövrü 13-15 gün çəkir. Virus
sinir tellərinə soxularaq, iltihab prosesləri doğurur, ətraf və mərkəzi sinir sistemini
iflic vəziyyətə salır, qanadlar, boyun və quyruğun təbii duruşu pozulur, gözlər
bozardıqca korluq təhlükəsi artır.
Qabaqlama və mübarizə tədbirləri. İnkubatordan çıxmış cücələr elə ilk
günündə vaksinasiya edilir. Qeyri-salamat təsərrüfatlarda yumurtaların, yumurta
yataqları (fallıqlar) və inkubator qurğusunun virusla sirayətlənməsinə qarşı
yönəldilən tədbirlər ön plana çəkilməlidir.