MƏİŞƏT SÜZGƏCLƏRİ (içməli su üçün) – suyu üzvi maddələrin
çirkləndiricilərindən (fenol, neft maddələri) ağır metalardan təmizləyən,
həmçinin suyun codluğunu azaldan xüsusi qurğular.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
309
MƏİŞƏT (KOMMUNAL) TULLANTILARI – məişət əşyalarının
və insanların həyatında istifadə edilən maddələrin bərk (həmçinin çirkab
sularının çöküntüləri (tullantıları) hamam, camaşırxana, yeməkxana, xəs-
təxana müəssəsisələrin məişət binaları tullantıları və s.).
MƏİŞƏT TULLANTILARININ İSTİFADƏSİ – tullantıların
tərkibindən qiymətli (əsasən metalları) və yanmayan komponentləri (şü-
şə) çıxararaq, onları yandırdıqda və ya üzvi qıcqırtdıqda əldə edilən
enerji və xammaldan tikinti materialları, kompost və s . istehsal
olunması.
MƏMƏLİLƏR (Mammalia) – Xordalılar tipindən daha yüksək
inkişaf etmiş heyvan sinfi. M.-ə hər yerdə rast gəlmək olar. Bəzi M.
(canavar), heyvandarlığa, bir çox növləri (gəmiricilər) kənd təsərrüfatı
bitkilərinə, əsasən taxıla və çəmənlərə ciddi zərər vurur. İnsanın
bilavasitə təqibi və təbii şəraitin dəyişilməsi M.-in bir çox növünün
sürətlə azalmasına səbəb olmuş, xeyli hissəsi isə (iri balinalar, pələng,
lemurlar və s.) məhv olmaq təhlükəsi altında qalmışdır. Son yüz ildə bir
çox növlər (Steller inəyi, kisəli canavar) tamamilə məhv olmuşdur.
Beynəlxalq təbiəti Mühafizə İttifaqının məlumatına görə 300-dək növ və
yarımnöv nəsli kəsilmək təhlükəsi altındadır. Zoologiyanın M.-i
öyrənən bölməsi teriologiya adlanır.
MƏNŞƏ – taksonun formalaşıb inkişaf etdiyi sahə.
MƏSKƏN – (Mestoobitaniye) – fərdin, populyasiyanın və ya
növün yaşadığı yer və şəraiti mühit. Heyvanların məskəni bir neçə
stasiyadan ibarət ola bilər (qışlamaq üçün, çoxalmaq üçün, yatmaq üçün,
yemləmək üçün, yayılması üçün).
Fitosenozun məskəni abiotik amillərin kompleksinin entopidə
(fitosenozun relyefdə yerləşməsi), ekotopda(fitosenozun mühit rejimi –
hava, su, mineral qidalanma, temperatur – radiasiya), biotik amillərin
kompleksinin (fitosenoz üçün – heyvan və mikroorqanizmlərin
fəaliyyəti) və fitosenogen amillərin kompleksinin (bitki
qruplaşmalarının fəaliyyətindən yaranaraq ekotopu biotopa çevirir),
məcmusundan ibarətdir.
MƏSKUNLAŞMA SƏHRASI – əhalinin yaşaması üçün şərait olan
səhra. Belə səhralarda hazırda 390 mln-a yaxın insan məskunlaşmışdır.
MIĞMIĞALAR (Phlebotomiae) – ikiqanadlı qansoran milçəklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
310
fəsiləsi. Xırda (1,2-3,7 mm), tüklü həşərat olub, sarı, bəzən boz
rəngdədir. Azərbaycanda 18 növü məlumdur. Erkəkləri əsasən, bitki və
meyvə şirəsi ilə qidalanır, dişiləri isə müxtəlif heyvanların və insanın
qanını sorur. Yetkin M. müxtəlif heyvanların yuvasında, ev heyvanları
saxlanan binalarda, ağac kötüklərində və s. yerlərdə yaşayır. Axşamlar
fəal olur. Mığmığa qızdırmasının törədicisidir.
MİKOFAQLAR – göbələklə qidalanan heyvanlar (bir çox
həşəratlar).
MİKOFLORA – göbələk florası.
MİKOKÜTLƏ – Hər hansı biosenozda və ya ekosistemdə
göbələklərin bioloji kütləsi.
MİKOLOGİYA –göbələklər haqqında elm, botanikanın bölmələrin-
dən biri. M. göbələklərin morfologiya, sistematika, biologiya,
fiziologiya, ekologiya və coğrafiyasını, həmçinin onların təbiətdə və
insan həyatında rolunu öyrənir. Azərbaycanda M. sahəsində tədqiqat işi
Azərbaycan MEA Botanika institutunda aparılır.
MİKORİZA (yun. mukes – göbələk və rhiza - kök) – göbələk-kök-
göbələk miselisinin ali bitki kökləri ilə birlikdə simbioz (müştərək)
yaşaması. M. bitkilərin kökündə müxtəlif formalarda olur; kökün ucunu
xaricdən əhatə edən ektotrof M. və miselinin hüceyrənin daxilinə
keçməsi ilə xarakterizə olunan endotrof M. ayırd edilir. Ektotrof M. bir
çox ağac (palıd, küknar, şam, tozağacı), kol (söyüd), bəzi kolcuqlar və
ot bitkiləri (diridoğan qarabaşaq) üçün xarakterikdir. Endotrof M.-nın
inkişafı zamanı kökün forması dəyişmir, kök telləri məhv olmur,
göbələk hifləri qabıq parenximasının hüceyrə daxilində yerləşir.
Köklərində M. olan bitkilər mikotrof bitkilər adlanır.
MİKOTROF BİTKİLƏR – qida maddələrini torpaqdan kökündəki
göbələklər vasitəsilə alan və mikoriza əmələ gətirən bitkilər. Bitkilərin
əksəriyyəti M.b.-ə aiddir (qatırquyruğu, plaunlar, bəzi birillik və su
bitkilərindən başqa). M.b. 3 qrupa bölünür: simbiont göbələk
yoluxmadan, toxumdan inkişaf etməyən bitkilər (məs. səhləb çiçəyi):
mikorizasız inkişaf edə bilən, lakin göbələklə yoluxduqda daha yaxşı
inkişaf edən bitkilər (bir çox ağaclar, kollar, kolcuqlar): çox vaxt
mikorizası olan, lakin əlverişli qida mühitində göbələk yoluxmadan
yaxşı inkişaf edən bitkilər (məs. cökə, tozağacı, bir çox kollar).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
311
MİKOTROFİZM (yun. mikros - kiçik) – ali bitkilərlə göbələklərin
simbioz forması. İlk dəfə göbələklərin köməyi ilə qida maddələrini
almağa, göbələklərin isə ali bitkilərin üzvi maddələrdən istifadə etməyə
imkan yaradır.
MİKOZLAR (yun. mukes - göbələk) – parazit göbələklərin insan və
heyvan orqanizmində törətdiyi xəstəliklər, insanlarda əsasən dərini
zədələyir. Heyvanlarda M. əsasən kənd təsərrüfatı xəzdərili və yırtıcı
heyvanlarda, gəmiricilərdə, arılarda və balıqlarda müşahidə edilir.
MİKROBENTOS – ölçüsü 0,1 mm-dən kiçik olan dib (bentos)
orqanizmlərinin məcmusu. Ən kütləvi nümayəndələri bakteriyalar,
yosunlar, ibtidailər (xüsusilə infuzorlar, xırda nematodlar, gənələr, kiçik
xərçəngkimilər və s.-dir).
MİKROBİOLOGİYA
– mikroorqanizmləri, mikroskopik
göbələkləri və yosunları, bunların sistematikasını, morfologiyasını,
fiziologiyasını, biokimyasını, irsiyyət və dəyişkənliyini, təbiətdə
maddələr dövranında rolunu və yayılmasını, praktiki əhəmiyyətini
öyrənən elm.
MİKROBİOSENOZ – biogesenozun (ekosistemin) mütləq
komponentləri-mikroorqanizmlərin məcmusu.
M. aşağıdakı mikroorqanizm qruplarına ayrılır: bakteriyalar,
göbələklər, antinomisetlər, mikroskopik yosunlar, protozoalar.
MİKROBLAR – aktinomisetlərin, bakteriyaların, maya göbələkləri
və mikroskopik göbələklərin, yəni mikroorqanizmlərin ümumləşdirilmiş
adı (mikroskopik yosunlar və ibtidailər müstəsna olmaqla) Bəzən bütün
mikroorqanizmlər M. adlandırılır.
MİKROEKOSİSTEM – mikrosenoz və ya mikroprosenoza uyğun
(müvafiq) olan sistem, bura biosenozun biosenotik mühitinin həcmi
(məs. ağacın çürümüş gövdəsi, heyvan cəsədi, leşi və ya mamırların
çürüyən, yaxud artıq hümusa çevrilmiş gövdələrin əmələ gətirdiyi
biohorizont) də aid edilir. Termini R.Dajo (1975) təklif etmişdir.
MİKROELEMENTLƏR – orqanizmdə az miqdarda (adətən
0,001% və daha az) təsadüf edilən kimyəvi elementlər. M. termini
torpağın, süxurların, mineralların, suyun tərkibində olan bəzi kimyəvi
elementləri göstərmək üçün işlənilir. Müasir məlumata əsasən bitki və
heyvan orqanizmlərində, həmçinin torpaqda 70-dən artıq mikroelement
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
312
tapılmışdır. Bunlardan 65-nin müəyyən fizioloji funksiyası vardır. 12 M.
müxtəlif bioloji aktiv birləşmələrin – fermentlərin, piqmentlərin
tərkibinə daxildir, orqanizmdə maddələr mübadiləsinə, bitkilərin
məhsuldarlığını artırmaqla onun keyfiyyətini yaxşılaşdırmağa təsir
göstərir. Bitki və heyvan orqanizmində çatışmadıqda bir sıra xəstəliklər
(xloroz, boz ləkə, çətir xəstəliyi, özəyin çürüməsi, kobaltoz və s.) baş
verir. M.-ə bor, mis, kobalt, yod, manqan, molibden, dəmir, alüminium,
brom, gümüş, nikkel və s. daxildir.
MİKROİQLİM – coğrafi landşaft daxilində kiçik ərazinin (məs.
meşə talası, göl sahili, şəhər meydançası, tarla və s.) iqlimi. M. dedikdə,
əsasən, həmin sahə üçün xarakterik olan ümumi iqlim şəraitindən fərqli
iqlim nəzərdə tutulur. M.-ə səth örtüyünün təsiri böyükdür. Buna görə
də, əsasən, havanın yer səthinə yaxın təbəqəsində əmələ gəlir və
hündürlük artdıqca yox olur. Yaşıl bitkilər zonasının, iri şəhərlərin, ayrı-
ayrı binaların və s. M.-i var. Yaşayış yerinin, istehsalat binalarının,
müalicə və uşaq müəssisələrinin və s. M.-i insan sağlamlığına bilavasitə
təsir göstərir və istənilən vaxt asanlıqla dəyişdirilir.
MİKROFAQLAR
– xırda qida hissəcikləri və ya
mikroorqanizmlərlə qidalanan heyvanlar (arılar-bitki tozcuqlarilə, bəzi
malyusklar göbələk sporlarilə, birhüceyrəli yosunlarla, torpaq
soxulcanları-ibtidailərlə, yosunlarla və s.).
MİKROFAUNA – mikroskopik (500 mkm-dən kiçik) heyvanların
məcmusu (ibtidailər, torpaq nematodları və s.).
MİKROFİLLƏR – bəzi qazıntı və müasir ali bitkilərin (məs.,
plaunkimilər) xırda yarpaqları; təkamül prosesi gedişində ali bitkilərin
əcdadı olan psilofitlərin yarpaqsız budaqlarında (telomlar) törəmə kimi
əmələ gəlir.
MİKROFİTLƏR – ibtidai mikroskopik birhüceyrəli yosunlar
(diamot, göy-yaşıl və s.).
MİKROFLORA – torpaqda, suda. havada, ərzaq məhsullarında,
insan və heyvan orq-lərində və s. təsadüf olunan mikroorq-lərin məc-
musu.
MİKROGÜBRƏLƏR – tərkibində mikroelementlər (B, Cu, Mn,
Zn, Co və s.) olan gübrələr. M. bor, mis, manqan, sink və s. M.-inə,
həmçinin tərkibində 2 və daha artıq mikroelement olan poligübrələrə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
313
bölünür. Mikroelementlərin duzları, bəzi sənaye tullantıları, fritlər və s.
M. kimi işlədilir.
MİKROKOSM(OS) – Makrokosmun inikası, güzgüsü. Kainatın
simvolu olan insan. M. haqqında təlim qədim yunan fəlsəfəsində
(Platon), Renessans fəlsəfəsində (C.Bruno, Kuzalı Nikolay,
T.Kompanella) yayılmışdı. Kötenin panteizm təlimlərinə və alman
romantizminə xasdır.
MİKROKOMPLEKS – fitosenozun daxili qatlarında bu və ya digər
dərəcədə nizamla növbələnən müxtəlif tipli mikrosenozların yaratdığı
müxtəlif tərkibli bitki örtüyü.
MİKROORQANİZMLƏR, MİKROBLAR (yun. mikros - kiçik) –
Bitkilərə və heyvanlara nisbətən sadə quruluşlu, yalnız mikroskop
altında görünə bilən, əsasən bir hüceyrəli canlıların geniş bir qrupu.
Bakteriyalar, mikoplazmalar, aktinomisetlər, mayalar, mikroskopik
göbələklər və yosunlar bəzən ibtidailər və viruslar M.-ə aiddir. M.
prokari-otlara və eukariotlara bölünür.
MİKRORELYEF – kiçik relyef formaları. M. yer səthinin bu və ya
digər sahəsinin ayrı-ayrı kiçik hissələridir. M. başlıca olaraq ekzogen
proseslər nəticəsində əmələ gəlir: mənşəyinə görə: sub-akkumlyativ M.
(xırda dyunlar, qum təpələri); eroziya M. formaları (kiçik yarğan); karst
M. formaları (qıf) və s. ola bilər.
MİKROSENOZLAR – biosenozların əsas qatları daxilində
yerləşərək, dominant populyasiyaların mühityaratma fəaliyyətinin təsiri
altında olan kiçik qruplaşmalar.
M. bölünür: a) Mediogen M.-biosenotik mühitin yaratdığı M. (epifit
və saprofit M.; məs, mamırlar və şibyələr M-ı) b) biogen M.-biosenozda
dominantlıq edən növün biologiyası ilə əlaqədar yaranan M. (məs.
kökümsov); c) Ekzogen M-torpağın zədələnməsi nəticəsində
yaranan M. (qabanların torpağı qazması, alt yarusda ağacların
yıxılması), bəzi ağacların gövdələrinin qabığının zədələnməsi buna
səbəb ola bilər. ç) biomediogen M. (məs: ağacın çürüyən gövdəsi
üzərində kökümsov bitkinin Mikrosenozu); d) bioekzogen M. (məs.
ocaq yerində kökümsov bitkinin yaratdığı M.) e) endogen M. torpağın
Mikrosenozu (sistematik edafik qatının), Məs. miko və mikrosenozlar
və bakteriya mikrosenozları. Bütün M.-da yalnız dominulentin deyil,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
314
digər senotiplərin və bitki və heyvan populyasiyaları iştirak edir.
Biosenozda nisbətən davamlı M.-la yanaşı çox vaxt M.-ı yaradan
suksessiyaların elementlərinə-mikroprosenozlara rast gəlinir: məs. yı-
xılmış ağac üzərində və heyvan leşi üzərində müşahidə olunan
suksessiya. M.-rı onların məcmusu – mikroassosiasiya və ya
mikrokompleks kimi də qiymətləndirmək olar.
MİKROSKOPİK ORQANİZMLƏR – 50-dən 500 mkm ölçülü
oqanizmlər.
MİKROTERMLƏR – nisbətən isti yayı, soyuq qışı və aşağı
temperaturu (0-15
°) üstün tutan orqanizmlər (əksər iynəyarpaqlı
bitkilər).
MİKROTERMOFİTLƏR – sərinlik sevənlər – aşağı termofil
bitkilər, nisbətən soyuq və qısa yay şəraitində inkişaf edirlər. Məs.
ağşam. Vegetasiya dövrünün orta günlük temperaturunun 10-15
°
olmasına üstünlük verir. Mikroterm, hidroterm, hiqrofitlər, mezofitlər və
kserofitlərə ayrılır.
MİKROTROFİZM, mikrotrofluq – göbələk və ali bitkinin
simbiozu (birgə yaşaması).
MİKSOTROFİTLƏR – qarışıq qidalanan orqanizmlər, yalnız
fotosintez hesabına deyil, həm də hazır üzvi maddələrlə qidalanan
orqanizmlər. Yarımparazit bitkilər (çınqıldağotu, köcotu və s.). Bir çox
həşəratyeyən bitkilər, yaşıl mikrotrof bitkiləri M. adlandırmaq olar.
MİQRANTLAR – miqrasiya edən orqanizmlər.
MİQRASİYA DÖVRÜ (yun. migratio – migro – köçürəm
sözündən) –müəyyən heyvan növlərinin kürüləmək yerinə, qışlamağa
və ya kökəlmək üçün hərəkət etdiyi müddət (dövr).
MİQRASİYA HƏDDİ – Miqrasiya edən heyvanların (quşlar,
balıqlar, məməlilər və s.) getdikləri məsafə həddi.
MİQSOQALİN SU HÖVZƏSİ (yun. mixis – qarışıq və hals - duz)
– tərkibində 0,5-30% duz olan su hövzəsi.
MİLLİ PARK – insan fəaliyyətinin təsirilə dəyişilməyən və ya az
dəyişilən, bitki və heyvanat aləmi xüsusi elmi-təhsil əhəmiyyətli
mühafizə olunan təbiət ərazisi. M.p. böyük sahə tutub təbiətin mənzərəli
yerində ayrılır, orada landşaftın bərpası, nadir və tükənməkdə olan bitki
və heyvanat aləmi qorunub saxlanması üçün işlər görülür. Qoruqlardan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
315
fərqli olaraq M.p. əhalinin istirahəti üçün rekreasiya və mədəni
əhəmiyyət daşıyır. M.p. təbiətin mühafizə kateqoriyası kimi xaricdə
geniş yayılmışdır. Bu termin ilk dəfə 1872-ci ildə ABŞ-da konqresdə
qəbul olunmuşdur. M.p. Cənubi Amerikada (1903), Braziliyada (1919),
Fransada (1913), İsveçrədə (1914), İspaniyada (1915) və s. ölkələrdə
təşkil olunmuşdur. 1984-cü ilədək dünyada 2600-dən artıq M.p.
yaradılmışdır. Onların sahəsi 400 mln ha təşkil edir. 30 M.p.-ın sahəsi
bir milyon hektarı keçir. Onlardan Qrenlandiya M.p. (Danimarka) –
sahəsi 7,5 mln ha, Vud-Baffalo M.p. (Kanada) – 4,5 mln ha, Serenqeti
M.p. (Tranzaniya) – 2 mln ha təşkil edir.
2003-2004-cü illər ərzində Azərbaycan Respublikası Prezidentinin
Sərəncamları ilə respublikamızda Şirvan M.P. (54,3 min ha), Ağgöl MP
(18 min ha), Hirkan MP (21 min ha), Ordubad MP (12 min ha) və
Altıağac MP (11 min ha) yaradıldı.
MİNAMATA XƏSTƏLİYİ –civə ilə çirklənmiş dənizdə yaşayan
balıq və ya digər dəniz məhsulu ilə qidalandıqda civəli üzvi
birləşmələrin insan və ya heyvanda əmələ gətirdiyi xəstəlik (əsasən
əsəb-iflic pozulması şəklində baş ağrısı, iflic, əzələ zəifliyi, görmə
qabiliyyətinin itməsi, bəzən koma və ya ölümlə nəticələnir).
MİNERAL (lat. minera – filiz, mədən) – Yer dərinliklərində və
səthində fiziki-kimyəvi proseslər nəticəsində əmələ gələn, kimyəvi
tərkibi və fiziki xassələri təqribən bircinsli təbii kütlə (məs. prit,
kinovar, maqnetit, dolomit, daşduz, kalsit, kvars duzu və s.) M. əsasən
kristallik quruluşlu bərk kütlədir. M-lar endogen, metomorfogen
mənşəli olur. M.-lardan optika, radiotexnika, kənd təsərrüfatı və b.
sahələrdə geniş istifadə olunur. Bəzi M.-lar qiymətli daşlar və məmulat
daşlarıdır.
MİNERAL GÖLLƏR – duzlu göllər və ya duz gölləri-kəskin
minerallaşmış və ya suyunda çoxlu miqdarda duz olan (adətən 47 q/l,
Xəzər gölü, Baskuncaq g, Elton g.). M.g-in suları kimyəvi tərkibinə
görə karbonatlı, sulfatlı və xloridli olur. M.g.-dən xörək duzu, soda,
mirabilit, yod, brom və s. istehsal edilir. Sulfat tipli M.g.-də əmələ gələn
hidrogen-sulfidli mineral palçıqlar müalicə vasitəsi kimi işlədilir.
MİNERAL GÜBRƏLƏR – tərkibində bitkinin qidalanması üçün
lazım olan qeyri üzvi maddələr, əsasən duzlar. Kənd təsərrüfatı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
316
bitkilərinin məhsuldarlığını və məhsulun keyfiyyətini artırmaq üçün
M.g. ən effektiv vasitədir. M.g. azot gübrələri, mikrogübrələr, əhəngli
gübrələr və kompleks gübrələrə bölünür. M.g. payızda və yazda şum
altına (əsas gübrələr), səpinlə birlikdə (səpin gübrələri) və vegetasiya
dövründə (bitkini qidalandıran) verilir. M.g. orta norması: 30-100 N, 30-
60 P
2
O
5
və 45-90 K
2
O.
M.g. üzvi gübrələrlə birgə verildikdə onun effektivliyi daha da artır.
M.g-dən düzgün istifadə edilmədikdə (yüksək dozada) torpağın
münbitliyinin azalması, bitkinin və heyvanat aləminin məhv olması, çay
və digər su hövzələrinin çirklənməsinə səbəb ola bilər.
MİNERAL QİDALANMA – orqanizmlər tərəfindən mineral
elementlərin istifadəsi. Kation və anionlar qəbul olunur. N, P, S, K, Cf,
Mg və bir sıra mikroelementlər (Fe, B, Zn, Mg və s.) çox mühüm
hesab olunur. Heyvanlar onları trofik zənciri üzrə qəbul edirlər:
avtotroflar – fitofaqlar -zoofaqlar.
MİNERAL MADDƏLƏR – qeyri-üzvi kimyəvi maddələr.
MİNERAL RESURSLAR – hər hansı rayon, ölkə, kontinent və
planetdə (bütövlüklə) Yeraltı faydalı qazıntıların ehtiyatının məcmusu
(neft, daş kömür, qızıl, gümüş, volfram, dəmir və s.).
MİNERAL SULAR – bioloji aktiv mineral komponentlərin çoxluğu
ilə xarakterizə olunan və insan orqanizmini müalicə edən spesifik fiziki-
kimyəvi xassələrə malik təbii (əsasən, yeraltı) sular. Kimyəvi tərkibi və
fiziki-kimyəvi xassələrindən asılı olaraq müalicə məqsədi ilə (daxili və
xarici) işlədilir. M.s. minerallaşma dərəcəsinə görə zəif, çox
minerallaşmış, duzlu, çox duzlu, ion tərkibinə görə xlorlu,
hidrokarbonatlı, sulfatlı, natriumlu, kalsiumlu, maqneziumlu və s. sulara
bölünür: qazların və spesifik elementlərin çoxluğuna görə karbon qazlı,
sulfidli, azotlu, bromlu, yodlu, dəmirli, mərgümüşlü, radioaktivli
(radonlu) və s., temperaturuna görə soyuq (20
°C-dək), ilıq (20-37°C),
isti (termal 37-42
°C), çox isti (42°C-dən daha çox) olur. Müalicə
baxımından üzvi maddələrlə zəngin, zəif minerallaşmış sular daha
əhəmiyyətli hesab edilir. Azərbaycan Respublikasında 1000-dən çox
termal və soyuq sulu mineral bulaq qeydə alınmışdır. Karbon qazlı M.s.
əsasən Kiçik Qafqazda, o cümlədən Naxçıvan Muxtar Respublikasında
(İstisu, Turşsu, Sirab, Darıdağ, Badamlı, Vayxır və s.); hidrogensulfidli
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
317
sular Böyük Qafqazda (Qalaaltı, Suraxanı, İlisu), Lənkəranda,
Masallıda; metanlı sular Abşeronda, Xəzəryanı sahədə və s. yerlərdədir.
MİNERALİZATORLAR – 1) Ölü üzvi birləşmələri ayrı-ayrı
kimyəvi maddələrə və elementlərə (CO
2
, N, P, K, Ca və s.) qədər
parçalayan canlı orqanizmlər (əksərən heterotrof bakteriyalar). İstənilən
biosenozda mühüm rol oynayır. 2) Maqmada və Yerin hidrotermal
məhlullarında həll olmuş uçucu və kimyəvi aktiv maddələr (su buxarı,
CO
2
, ftor və xlor birləşmələri).
MİNİMUM ÖLDÜRÜCÜ DOZA – orqanizmə daxil edilən az
miqdar zəhər müəyyən vaxtda onun bəzi fərdlərini məhv edir.
MİNİMUM ÖLÜM KONSENTRASİYASI – ətraf mühitdə toksik
madələrin ən aşağı konsentarsiyası təcrübə heyvanlarının yalnız ayrı-
ayrı fərdlərinin ölümü ilə nəticələnir. CL
min
və ya SK min. simvolu ilə
işarə olunur.
MİOFAQ (yun. mus (myos) – əzələ) – ətyeyən orqanizmlər.
MİRMEKOFAQLAR (yun. myrmex - qarışqa) – qarışqa ilə
qidalanan heyvanlar (hörümçək, həşəratlar, quşlar, məməlilər).
MİSETOFAQLAR – göbələklə qidalanan orqanizmlər.
MİŞARÇILAR (Tenthredinoidea) – oturaqqarınlı pərdəqanadlı
həşəratların 3 fəsiləsinin ümumi adı. 5 mindən çox, Azərb-da 200-dək
növü var. M. əsasən, meşə zonalarında yayılmışdır. Dişi fərdlər dişli
yumurtaqoyanı vasitəsi ilə bitkilərin yumşaq toxumasını mişarlayır (adı
da buradandır) və həmin yerə yumurta qoyur. M.-in əksəriyyəti torpaqda
puplaşır. Taxıla, meyvə, bostan, dekorativ bitkilərə və s. zərər verir.
Dostları ilə paylaş: |