Ekoloji monitorinqin texniki və texnoloji məsələləri


İnformasiyanın alınmasının və emalının texniki vasitələri



Yüklə 17,66 Kb.
səhifə2/2
tarix27.11.2022
ölçüsü17,66 Kb.
#70839
1   2
leyla-sleep

İnformasiyanın alınmasının və emalının texniki vasitələri
Ekoloji monitorinq sistemində yerüstü ölçmə şəbəkəsinin aparat vasitələrinin ümumi strukturuna aşağıdakılar daxildir:
1. Monitorinq şəbəkəsinin aşağı səviyyəsi üçün:
• hava və su üzrə stasionar məntəqələr;
atmosferin, suyun, torpağın, qarın vəziyyəti üzrə səyyar və stasionar laboratoriyalar;
• tullantı və atılmaların nəzarəti üzrə səyyar stansiyalar;
müfəttiş xidmətləri;
• əhalidən məlumatların alınma xidmətləri.
Stasionar və səyyar stansiyaların və məntəqələrin sayı aparılmış tədqiqatlar nəticəsində, konkret təbii-texniki geosistemin (və ya təbii-ərazi kompleksinin) mövcud modelləri üzərində hesablamalar, həmçinin, ətraf mühitə müşahidələr zamanı əldə edilmiş təcrübə əsasında müəyyən edilir.
2. Orta səviyyəli şəbəkə üçün:
• aşağı şəbəkələrdə alınan, bir-birindən xüsusiyyətləri və həll edilən məsələlərin mürəkkəbliyi ilə fərqlənən informasiyanın toplanması və emalı mərkəzləri,.
3. Yüksək səviyyəli şəbəkə üçün:
• toplanma və emal mərkəzlərindən alınan informasiyanın istifadəçiləri.
Məlumatların bilavasitə istifadəçiləri ətraf mühitin mühafizəsi üzrə müfəttişlərdir.
Monitorinq şəbəkəsinin əsas tərkib hissələrinə vericilər və analizatorlar, məlumatların yüklənmə qurğuları; məlumatların ötürülmə qurğuları və s. daxildir.
Kompleks ekoloji monitorinq səbəkəsinin proqram təminatına daxildir :
• inkişaf etmiş əməliyyat sistemləri;
• standart məlumatlar bazası;
• kartoqrafik və qrafikqurma təminatı;
• məlumatların toplanmasının idarə edilməsi üçün monitorlar.
Məlumatlar bazasının təşkili üsuluna görə relyasiya,iyerarxik və şəbəkə məlumatlar bazası fərqləndirilir.
Relyasiya məlumatlar bazası məlumatların relyasiya modeli əsasında nəzəri-çoxluq münasibətləri riyazi anlayışından istifadə edilməklə qurulur. Bu zaman məlumatlar bazası cədvəllərin toplusu şəklində təqdim edilir.
İyerarxik məlumatlar bazası məlumatları sadə səcərə strukturuna malik olan iyerarxik model əsasında qurulur. Bu zaman məlumatlar bazası səcərələrin məcmusu şəklində təqdim edilir.
Məlumatların şəbəkə bazası istiqamətlənmiş qrafik strukturuna malik olan məlumatların şəbəkə modeli əsasında qurulur. Məlumatlar bazası istiqamətlənmiş şəbəkə ilə təqdim edilir. Çirklənmiş yerin qiymətləndirilməsi və ya müvafiq analiz məqsədi üçün nümunələrin götürülməsi və bütün ilkin informasiyaların öyrənilməsi,həmçinin açıq havada nəzarət olunan obyektin tədqiqi,eyni zamanda ,bütün faktorları ətraflı nəzərə almaq lazımdır.
Təbii mənbələrin yerüstü sularından nümunə götürmək yerini axtararkən, çayın axma istiqamətinə diqqət yetirilməlidir.Çirklənmə mənbəyi axının daha yuxarı hissələrində ola bilər,nəinki ilkin nümunənin götürüldüyü yerdə.
Çirkab sularından nümunənin götürülməsi və qiymətləndirilməsi mövcud istehsal texnologiyasını dəqiq öyrəndikdən sonra seçilir.
Çayda, su rejiminin tədqiq edildiyi yerdən nümunənin götürülməsi su istifadəsi olan yerdən təqribən 1 km aralı su hövzəsindən götürülməlidir.
( içməli su anbarlarından, çimərlik yerlərindən, yaşayış sahələrindən və s.). Axmayan su hövzələri və su anbarlarından isə su istifadəsi məntəqələrindən nümunələr hər iki tərəfdən 1 km məsafədən götürülür.
Sudan nümunə adətən bir istiqamətdə 3 nöqtədən ( hər iki sahildən və onun nüfuz dairəsindən ) götürülür. Ancaq su istifadəsinin xarakterindən asılı olaraq ( kiçik su hövzələri və ya texniki məqsədlər üçün məhdud həcmdə ) verilən məntəqədə su rejiminin şərtlərindən asılı olaraq və yaxudda, su hövzələrində çirkab suların paylanmasından aılı olaraq 1-2 nöqtədən də nümunələr götürmək olar. Tez-tez maddənin təhlükəlilik dərəcəsi xüsusiyyətləri öyrənilir. Bunlar aşağıdakı dövrü nümunələr və onların analizləri ilə təyn edilir:
 I dərəcə üçün – 10 gündən az olmayaraq;
 II dərəcə üçün –ayda bir dəfədən az olmayaraq;
 III və IV dərəcə üçün – kvartalda bir dəfədən az olmayaraq.
Nümunənin götürülməsi metodu ən azı 2 əsas tələbata cavab verməlidir:
Götürülən maddənin miqdarı analiz üçün yetərli olmalıdır və nümunə analiz olunan materialın tərkibini əhatə etməlidir.
Yüklə 17,66 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin