Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Sarı Saday. Bomba Babaş



Yüklə 192,11 Kb.
səhifə33/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   29   30   31   32   33   34   35   36   ...   71
Sarı Saday.

Bomba Babaş.

Cambul Camal.

Taxılı biçilmiş kolxoz zəmilərində sünbül yığmağa da, dağı-daşı əldən-ayaqdan salıb, sıldırım qayaların arasında kəklik balası, kəklik yumurtası axtarmağa da o 3 dost həmişə bir yerdə gedərdi. Məktəbdə dərs, xırmanda iş olmayanda, küçədə aşıq oynamaqdan, dağlarda kəklik qovmaqdan bezəndə onlar kənddəki kilsələrin canına daraşardılar. Daş Kilsənin həyətindəki mərmər heykəllərin burnunu, qulağını - sirimsəmiş çay daşı ilə - qırıb-qopartmağa çalışardılar. Vang kilsəsinin divarlarındakı xaç nişanlarını sındırıb dağıtmaq üçün heydən düşənəcən əlləşərdilər. Vurağırd kilsəsinin hündür damına çıxıb, kəndi yuxarıdan aşağı, fitə basardılar. Mirəli kişinin Vang kilsəsinin həyətində becərdiyi noxuda, paxlaya, qarğıdalıya və Anığın (Anikonun) əkdiyi rəngbərəng gül-çiçəyə amansız divan tutardılar. Və çayın yatağından tapıb həmişə ciblərində gəzdirdikləri ucubiz, iti daşlarla kənddəki kilsələrin hər birinin divarında öz adlarını həkk etmək üçün bəzən saatlarla dəridən-qabıqdan çıxardılar:

“Sarı Saday!”

“Bomba Babaş!”

“Cambul Camal!”

Sarışınlıq Sadayın ata nəslində hələ əyyami-qədimdən həmişə olmuşdu. Babaşa “Bomba” ləqəbini ötkəmliyinə, çevikliyinə, bir də, yəqin ki, buz baltası kimi sağlam və güclü olduğuna görə vermişdilər. Amma Camalın o “Cambul” ləqəbinin xüsusi mənası və çox qəmli tarixçəsi vardı.

Onların hər üçü müharibənin başlanmağından bir-iki il əvvəl doğulub, müharibə qurtarandan sonra atasız qalan uşaqlardılar. Ancaq müharibənin qurtarmağından 3-4 il keçmiş bir gün xəbər çıxdı ki, bəs Camalın atası Sümük Səfi sağdır. Özü də arvadı Dilrubaya məktub yazıb göndərib ki, Qazağıstan adlı bir mahalın Cambul deyilən şəhərində yaşayıram. Özüm də burda evlənmişəm, hələ təzə arvadımdan uşağım da var. Yazıb ki, daha mən heç vaxt o Əylisə gələn deyiləm, əgər istəyirsə, qoy oğlum Camal mənim yanıma gəlsin.

O məktubun gəldiyi gün, gecənin bir aləmində, Camalın ana nənəsi Əzra qarının vay-şivəninə Əylisin arvad-uşağı nə ki var, Camalgilin həyətinə doluşdu. Məlum oldu ki, Dilruba bir banka kerosini başına töküb, özünü yandırmaq istəyirmiş.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin