Əl-maiDƏ (SÜFRƏ)


ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ



Yüklə 2,51 Mb.
səhifə105/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   101   102   103   104   105   106   107   108   ...   317
ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ
(6.164) “De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbmi istərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günah­kar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir”.
Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: “Allah bütün yaradılmışların Rəbbi olduğu və bütün məxluqlar Onun qulları və Onun iradəsinə tabe olduqları halda, heç ola bilər ki, mən məxluqlar arasında bir ağa axtarım ki, qayğımı çəksin və işlərimi idarə etsin?!! Mən digər canlı məxluqlar kimi, Onu öz Rəbbim adlandırmalı, bununla kifayət­lənməli və öz ümidlərimi kasıb və köməksiz qullara bağlamama­lıyam”.

Sonra Allah insanları xeyirxahlıq etməyə çağırır və onları gələcək qisas günü ilə hədələyir. O bildirir ki, hər bir insan həm yaxşı və həm də pis əməlləri təkcə özü üçün edir. Digər bir ayədə isə deyilir: “Yaxşı iş görənin xeyri özünə, pislik edənin də zərəri özünə olar. (Ey Peyğəmbər!) Sənin Rəbbin (haqsız yerə) bəndə­lərə zülm edən deyildir!” (Fussilət, 41/46).

Heç kim özgəsinin günahlarının ağırlığını daşımayacaqdır. Əksinə, hər kəs təkcə öz yükünü aparacaq. Əgər bir adam bir başqasının yoldan azmasına və günah işlətməsinə səbəb olmuşsa, onda o, günahı bilavasitə törətmiş şəxsi məsuliyyətdən xilas etmədən, buna görə özü məsuliyyət daşıyacaq. Qiyamət günü bütün insanlar Allaha qayıtmalıdırlar və O, onların bir-biriləri ilə mübahisə etdikləri xeyir və şər haqqında onlara xəbər verəcəkdir. Sonra isə O, hər kəsə layiq olduğunu nəsib edəcəkdir.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin