ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ (5.4.) “Onlar üçün nəyin halal edildiyini səndən soruşurlar. De: “Təmiz olan bütün şeylər sizə halal edilmişdir. Allahın sizi öyrətdiyi kimi, sizin də təlim keçdiyiniz vəhşi heyvanların tutub gətirdiyi ovdan, “Bismillah” deyərək, yeyin. Allahdan çəkinin. Bilin ki, Allah Tezhesabçəkəndir”. Fövqəluca Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yadına salır ki, adamlar ondan yeyilməli halal məhsullar haqqında soruşurlar və ona (ona Allahın salavatı və salamı olsun!) əmr edir desin ki, onlara təmiz olan bütün yeyiləcək məhsullar halal edilmişdir. Bunlar, faydalı və ya ləzzətli olan və insan orqanizminə və ağlına zərər verməyən istənilən ərzaq məhsullarıdır. Onlara insanların yaşadığı və ya məskunlaşmadığı ərazidə bitən hər cür taxıl məhsulları və meyvələr aiddir. Onlara həm də quruda yaşayan, Qanun Sahibinin yeyilməsini qadağan etdiyi yırtıcı və murdar heyvanlar istisna edilməklə, bütün digər heyvanlar daxildir. Natəmiz məhsulların yeyilməsinin haram edilməsi bu ayənin mahiyyətindən irəli gəlir və Fövqəluca Allahın bu kəlamında aydın xatırlanır: “...O, onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər...” (Əraf, 7/157).
Sonra Allah, Özünün insanlara öyrətdiklərindən onların təlim verdikləri ov itləri və ya quşları tərəfindən tutulmuş heyvanların yeyilməsinə icazə verir. Lakin insanlar tutulmuş heyvanlar üzərində öncədən “Bismillah” deməlidirlər.
Buradan bir neçə faydalı nəticələr çıxarmaq olar. Birincisi, Allah qullarına mərhəmət göstərib rəhm etməklə halal qapısını onların qarşısında geniş açmış və onlara hətta şəriət qaydaları ilə kəsilməyən heyvanların da, onlar ov heyvanları tərəfindən ovlandıqda belə, yeyilməsinə icazə vermişdir. Bu heyvanlara itlər, bəbirlər, şahinlər, qırğılar və köpək dişləri və dimdiyi vasitəsi ilə ovu tutan əhliləşdirilmiş digər vəhşi heyvanlar və quşlar da şamil edilir.
İkincisi, ov heyvanları ilə hökmən təlim keçilməlidir. Bu isə o deməkdir ki, onlar hazırlaşdırılmalıdır. Adətən, ov heyvanları ilə belə hazırlıq keçirilir. Ov heyvanlarını ovun ardınca göndərdikdə, ona basqın etməli və onları ovdan kənarlaşdırmaq istəyəndə isə kənara çəkilməli və ovu tutandan sonra onu yeməməlidir. Məhz buna görə, Allah ov heyvanının insan üçün ovladığı heyvanı yeməyə icazə verir. Əgər heyvan ovladığını özü yeməyə başlayarsa, biz onun ovu öz sahibi üçün tutduğuna inana bilmərik və tam ehtimalla güman etmək olar ki, ov heyvanı yediyi ovu özü üçün tutubmuş.
Üçüncüsü, ov iti və quşu ovladığı qurbanını yaralamalıdır, “cərih” (“yırtıcı”) sözü “cərəhə” (“yaralamaq”) felindən törəmişdir. Öncə biz qeyd etmişdik ki, boğulmuş heyvanları yemək haramdır və əgər ov iti və ya başqa yırtıcısı tutduğu ovu boğmuş və ya öz ağırlığı altında qoyub öldürmüş olsa, onda onu yemək olmaz. Bu rəyə görə ərəb dilində, öz köpək dişləri ilə və ya dimdiyi ilə ovu yaralayan heyvanları yırtıcı adlandırırlar. Lakin daha geniş yayılan rəy – heyvanı qovub ona çata bilən və onu tuta bilən heyvanlar yırtıcı adlandırılır. Bu şərh bizim çıxartdığımız nəticənin xeyrinə deyildir. Bu barədə ən yaxşısını bilən Allahdır.
Dördüncüsü, şəriətin ov iti saxlamağa icazə verməsi səhih hədislə təsdiq edildiyi halda, adi itlərin saxlanması qadağan edilmişdir. Bu onunla izah olunur ki, itlərlə ov etməyə və onlara təlim verməyə icazə verilməsi onların saxlanmasını da nəzərdə tutur.
Beşincisi, ov itinin ağzının toxunduğu ovun hissəsi təmiz hesab olunur, çünki Allah onu yeməyə icazə vermiş və it toxunandan sonra o hissəni yumaq əmri verməmişdir. Bu o deməkdir ki, ov bundan sonra da təmiz qalır.
Altıncısı, şərh etdiyimiz ayə biliyin üstünlüyünü xüsusilə vurğulayır, çünki təlim görmüş yırtıcı heyvanın tutduğu ovun yeyilməsinə icazə verildiyi halda, təlim görməmiş yırtıcının tutduğu ov haram sayılır.
Yeddincisi, ov itlərinin, quşlarının və digər heyvanların təlimləndirilməsinə qınaq yoxdur və bu faydasız vaxt itirməyə aid edilmir. Əksinə, bu məşğələ tərifəlayiqdir, çünki onun sayəsində insanlar ovladıqları heyvanı yeyə və ya onları başqa məqsədlər üçün istifadə edə bilirlər.
Səkkizincisi, şərh etdiyimiz ayə ov itlərinin satılmasına icazə verilməsinin lehinə olan bir dəlildir, çünki bəzən bu yol ov itlərinin əldə edilməsinin yeganə vasitəsi olur.
Doqquzuncusu, ovçu ov itini və ya quşunu ovun dalınca göndərərkən, “Bismillah” deməlidir. Əgər o, bunu bilərəkdən etmirsə, onda həmin ovun yeyilməsi haramdır.
Onuncusu, ov heyvanının tutub gətirdiyi ovun ölməsinin, onu tutan yırtıcının basqınının nəticəsi olub olmamağından asılı olmayaraq, yeyilməsinə icazə verilir. Lakin ovçu tutulmuş heyvanın canı çıxanadək ona çatdıqda, həmin ov şəriətə müvafiq kəsilərsə, halal olar. Allah bunu xatırlatdıqdan sonra qullarına təqvalılığa etiqad göstərmək hökmü verərək, xəbərdar edir ki, Qiyamət günü onların hamısı cavab verməli olacaqlar. Allah xatırladır ki, həmən Gün artıq yaxınlaşmışdır və çox tez gəlib çatacaqdır.