Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə4/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   2   3   4   5   6   7   8   9   ...   317
FƏRAHİM SÜLEYMAN OĞLU QURBANOV (FƏRAHİM SƏLƏFİ)

Mob. 634.38.78

e-mail: odersalafi@gmail.com
Şeyx Muhəmməd b. Saleh əl-Useyminin

TƏQDİMATI
Həmd yalnız Allaha məxsusdur.

Peyğəmbəri­miz Muhəmmədə, ailə­sinə, səhabələrinə və Qiyamət gününədək yaxşılıqda onların ardınca ge­dən­lərə salavat və salam olsun!

Daha sonra, dəyərli şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Teysirul-Kərimur-Rəhman fi Təfsiri Kəlamul-Mənnan” adlı əsəri özünə xas bir çox xüsusiyyət­lərinə görə Quran təfsir­lə­rinin ən yaxşıların­dan biri hesab edilir.

Bu Təfsir aşağıdakı xüsusiyyətlərə malikdir:

onun yazılmasında müəllif hər kəsin başa düşə biləcəyi asan və aydın ifa­də­­lərdən istifadə etmişdir;

oxucunun fikrini yayındıran və vaxtını aparan, düşüncə üçün heç bir faydası olmayan lüzumsuz uzadıl­ma­lardan və əlavələrdən çəkinil­mişdir;

xatırlanmasına ehtiyac duyulan əsaslı zid­diyyətlər­dən başqa, digər ixtilaflı məsələlərə toxunul­ma­mışdır. Kitabın bu xüsusiyyəti oxucu­nun fikrini müəyyən bir məsələ üzərində cəmləşdirməyə imkan verir;

sifətlərlə bağlı ayələrdə Allahın hökmləri ilə zid­diyyət təşkil edən təhrif və yozmalardan çəkinərək, sələfin yoluna istinad edilmişdir;

ayələrin nişan verdiyi fayda və hökmlərdən çıxarılan nəticələrə dair incəliklər barədə; xüsusilə, bu özəllik “Sad” surəsin­dəki Davud (ə) və Süleyman (ə.) heka­yətlərində və “Maidə” surəsində dəstəmaz alınması ilə bağlı ayədə daha qabarıq şəkil­də özünü göstərir. Müəllif bu ayədən əlli hökm çıxarmışdır;

bu əsər təfsir və gözəl əxlaqa dair təlim-tərbiyə vasitəsidir. Bu, “Əraf” surəsinin “Sən bağışlama yolu­nu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz dön­dər”4 ayəsinin təfsirində aydın görü­nür.

Məhz bu özəlliklərinə görə, Quranın şərhinə dair bir kitab almaq istəyən hər kəsə öz kitabxanasında bu qiymətli təfsir üçün yer ayırmasını tövsiyə edirəm.

Fövqəluca Allahdan bu kitabın müəllifinə və onu oxuyanlara yararlı olmasını arzu edirəm. Həqiqətən, O, Fövqəlsəxavətli və Bərəkət Sahibidir. Muhəmməd Peyğəmbərə, ailəsinə, səhabələrinə və Qiyamətə qədər onla­rın ardınca gedənlərə salavat və salam olsun!



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin